Bu surənin tilavəti sizi pisliklərdən və xəstəliklərdən qoruyar
Mьəllif: admin1
Tarix: 19-03-2020, 23:35
Bu surənin tilavəti sizi pisliklərdən və xəstəliklərdən qoruyar
“Fəth“ surəsi 29 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur.

Adından da göründüyü kimi fəth və qələbə xəbərini müjdə verən bu surədə İslam ordusunun düşmənlərə qəti qələbəsindən (Məkkənin fəthi, Hüdeybiyyə sülhü, Xeybərin fəthi və mütləq qələbə) söz açılır.

1. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

مَن قَرَأَها فَکَاَنَّما شَهِدَ مَعَ مُحَمَّد (صلى الله علیه وآله) فَتحَ مَکَّةَ وَفی رِوایَة اُخرى فَکَاَنَّما کانَ مَعَ مَن بایَعَ مُحَمَّداً تَحتَ الشَّجَرَةِ

“Bu surəni tilavət edən kəs Məkkənin fəthi zamanı Muhəmmədin (s) xidmətində və onun dəstəsində olan kəs kimidir.“

Başqa bir rəvayətdə belə buyurulur: “Hüdeybiyyədə Muhəmmədlə (s) birgə beyət edən kəs kimidir.“ (“Məcməül-bəyan“, 9-cu cild, səh.108.)

2. İmam Sadiq (ə) buyurur:

حَصِّنُوا اَموالَکُم وَنِسائَکُم وَما مَلَکَت اَیمانُکُم مِنَ التَّلَفِ بِقَرائةِ «اِنّا فَتَحْنَا لَکَ فَتْحًا مُبِیْنًا» فإنَّهُ اِذا کانَ مِمَّن یُدمِنُ قِرائَتَها نادى مُناد یَومَ القِیامَةِ حَتّى یَسمَعَ الخَلائِقُ اَنتَ مِن عِبادِىَ المُخلِصِینَ ألحِقُوهُ بِالصّالِحِینَ مِن عِبادِى وَاَدخِلُوهُ جَنّاتِ النَّعِیمِ وَاسقُوهُ مِنَ الرَّحِیقِ المَختومِ بِمِزاجِ الکافورِ

“Xidmətçilərinizi, qadınlarınızı və ixtiyarınızda olan kəsləri “İnnə fətəhnə ləkə fəthən-mubinə“ (“Fəth“) surəsini oxumaqla tələf olmaqdan (pisliklərdən, xəstəliklərdən) qoruyun. Hər kim onu davamlı şəkildə oxuyarsa, Qiyamət günü carçı səslənər və onun səsini hamı eşidər: “Sən Mənim ixlaslı bəndələrimdənsən, onu Mənim saleh bəndələrimə qovuşdurun, nemət dolu Behişt bağlarına daxil edin və ona Behişt əhlinə məxsus şərablardan içirdin“. (“Nurus-səqələyn“, 5-ci cild, səh.46; “Təfsiri-nümunə“, 22-ci cild, səh. 8-9).

Aydındır ki, bu qədər fəzilət və iftixar, təfəkkür və əməldən kənar tilavətə məxsus deyil, əksinə Quran tilavəti və oxunuşunda əsas məqsəd ayələrin məfhumu və həqiqəti ilə mənus olmaq və onları əməldə tətbiq etməkdir.

(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930