Əl yumağı savaba çevirək
Mьəllif: admin1
Tarix: 17-03-2020, 12:32
Əl yumağı savaba çevirək
Məlum olduğu kimi, koronavirusun profilaktikası ilə bağlı əlləri sabunla azı 20 saniyə yumaq tövsiyə edilir.

Bu zəruri gigiyenik məşğuliyyətə kreativ qatmaq, ən əsası - zikr savabı əldə etmək üçün, həm böyüklər, həm uşaqlar aşağıdakı əməllərdən birini yerinə yetirə bilərlər ki, təqribən 20-25 saniyə çəkir:

- 14 Məsuma (ə) 7 salavat göndərmək;

- "İxlas" surəsini 3 dəfə demək - hansı ki, buna bir Quran xətminin savabı verilir;

- "Kövsər" surəsini 3 dəfə demək;

- "Fatihə" surəsini 1 dəfə demək;

- "Qədr" surəsini 1 dəfə demək;

- "Kafirun" surəsini 1 dəfə demək;

- "Nas" və "Fələq" surələrinin hərəsini 1 dəfə ardıcıl demək.

Allah qəbul eləsin.

Allah Təala cəmimizə bu imtahanlardan üzüağ çıxmağı nəsib etsin, inşəallah!


Hacı İlqar ibrahimoğlu


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930