Əgər düz danışırsınızsa, onda ölüm istəyin. Niyə?
Mьəllif: admin1
Tarix: 12-03-2020, 11:06
Əgər düz danışırsınızsa, onda ölüm istəyin. Niyə?
Bir dəstə insan bu əqidədədir ki, Allahın sevimlisi olduqları üçün Allah onlara əzab verməyəcəkdir. “Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?».

Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir”. (“Maidə” 18).

Qurani-Kərimdə onlardan bu iddialarını təsdiq etmək üçün əqli və nəqli dəlil Istənilir. «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!». (“Bəqərə” 80).

Onlardan əqli dəlil istənilir. Belə ki, buyurulur:

“Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır».

Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa, dəlil-sübutunuzu gətirin!»”. (“Bəqərə” 111).

Yenə buyurulur:

“Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir”. (“Bəqərə” 48).

Bundan sonra Uca Allah buyurur:

1. Niyə Allahın Rəsulunun (s) sözlərini qəbul etmirsiniz? Bir halda ki, Allahın sevimli bəndəsi o kəsdir ki, dini sevsin və onun Rəsulunun davamçısı olsun.

“De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

2. Niyə əhdinizə vəfa etmirsiniz və günah işlədirsiniz? Allahın sevimlisi olmaq üçün iki şərt lazımdır: gözəl əməl və gözəl əməli yerinə yetirmək.

Gözəl əməl – əhdə vəfa etməkdir.

Gözəl əməli yerinə yetirmək isə təqvadır.

O kəslər ki, əhdlərinə vəfa edər və təqvalıdırlar – onlar Allahın sevimli bəndələridirlər.

3. Niyə günah işlədərək əzab görürsünüz? Əgər Allahın sevimli bəndəsinizsə, niyə əzab görürsünüz və cəza alırsınız? “De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?»”.

4. Niyə ölməyi arzu etmirsiniz? Həqiqi dost, Məşuqu ilə görüşə tələsər. Əgər yəhudi və xristianlar həqiqi dostdurlarsa, niyə ölümü arzu etmirlər?

“De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, məhz siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız)»”. (“Cümə” 6).

Bu səbəblərə görə onların dünyaya hərislikləri müşriklərdən daha çoxdur.

Onlar axirətə inanmaqlarına baxmayaraq, özlərini behişt əhlindən hesab edirlər.

Bu, bütün iman əhli üçün ibrət olmalıdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930