‘Əhqaf’ surəsini oxumağın fəziləti
Mьəllif: admin1
Tarix: 11-03-2020, 19:49
‘Əhqaf’ surəsini oxumağın fəziləti
“Həvamim“ surələrinin (Ha-mimlə başlayan surələrin) yeddincisi olan “Əhqaf“ surəsi Məkkədə nazil olmuş və 35 ayədən ibarətdir.

Bu surə, nazil oluduğu zaman və məkan şəraitinə uyğun olaraq şirklə mübarizəyə, tövhid, məad və İslamın təməl prinsiplərinə dəvət mehvərində söz açır.

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأَ سورَةَ الاَحقافِ اُعطِىَ مِنَ الاَجرِ بِعَدَدِ کُلِّ رَمل فِى الدُّنیا عَشرُ حَسَنات وَمُحِىَ عَنهُ عَشرُ سَیِّئات وَرُفِعَ لَهُ عَشرُ دَرَجات

““Əhqaf“ surəsini oxuyan şəxsə bu dünyadakı hər bir qumun müqabilində on savab verilər, onun on günahı məhv edilər və məqamı on dəfə artırılar“. (“Məcməul-bəyan“, “Əhqaf“ surəsinin təfsirinin başlanğıcı).

“Hiqf“ sözündən götürülmüş “əhqaf“ sözü küləklər nəticəsində üst-üstə yığılmış qumluqlar mənasını daşıyır. Ad qövmünün yaşadığı ərazi qumsal təpə olduğundan “Əhqaf“ adlanırdı. Bu hədisin təbiri də bu mənaya işarədir.

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ کُلَّ لَیلَة أو کُلَّ جُمُعَة سورَةَ الاَحقافِ لَم یُصِبهُ اللّهُ بِرَوعَة فِى الدُّنیا وَآمَنَهُ مِن یَومِ القِیامَةِ

“Hər kim “Əhqaf“ surəsini hər gecə və yaxud hər cümə günü oxusa, Allah-Taala dünya qorxusunu onun üzərindən götürər və onu Qiyamət gününün vəhşətindən amanda saxlayar“. (“Məcməul-bəyan“, “Əhqaf“ surəsinin təfsirinin başlanğıcı; “Təfsiri-nümunə“, 21-ci cild, səh.296-297).

Aydındır ki, bu qədər savab və məqam yalnız Qurani-Kərimin sözlərinin dildə dolanmasına deyil, qurucu və oyanış xarakterli tilavətə, insanı düşüncəyə, əmələ vadar edən, iman və təqvaya çəkən oxunuşa aiddir. Doğrudan da, əgər bir insan həqiqət və əməl sahibi olarsa, sözügedən surənin tilavəti də uyğun təsirə sahib olacaqdır.



(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930