Namazın qəbul olunması üçün 6 şərt
Mьəllif: admin1
Tarix: 9-03-2020, 22:03
Namazın qəbul olunması üçün 6 şərt
İmam Sadiq (ə) buyurur: “O övladlar ki, ata və analarına qəzəblə baxarlar – onların namazı qəbul olmaz, baxmayaraq ki, valideyn onlara qarşı zülm etsə belə”.

Namaz – dinimizin sütunudur və bu sütunun qəbul olmasının şərtləri vardır. Bu şərtlərdən biri də valideynə yaxşılıq etmək və gözəl övlad olmaqdır.

İnsanın əməli – onu göyə qaldıran nərdivandır. Əgər bu əməl Allah istəyən kimi olmazsa, əksinə onu süqut etdirər, inkişaf etdirməz.

Qəbul olan namaz – o namazdır ki, müti şəkildə yerinə yetirilmiş olsun. Onun zahiri və batini ədəb qaydalarına əməl olunsun.

Bu namaz insanın ruhunu islah edər və ona əxlaqi fəzilətlər gətirər. Ona görə də bu cür namaza əxlaqi namaz da deyirlər. Qəbul olan namaz – o namazdır ki, mələklər onu parlayan halda göyə qaldırarlar.

Namazın düzgün qılınması və namazın qəbul olması – tamamilə başqa şeylərdir.

Ola bilsin ki, insan namazı bütün şərtlərinə uyğun şəkildə əda etsin, ancaq namazı bəzi şəraitlərin olmamasına görə qəbul olmasın.

Bəs namazın qəbul olması üçün nə etməliyik?

Quran ayələri və hədislərin nəzərinə görə, əgər namazın qəbul olmasını istəyiriksə, gərək 6 şərtə əməl edək:

1. Etiqadi şərt. Namazqılanın Allaha etiqadı olmalıdır.

2. Vilayət şərti. Namazqılan Məsum İmamların (ə) vilayətini qəbul etməlidir.

3. Əxlaqi şərt. Allah ancaq təqva əhlindən qəbul edir.

4. İqtisadi şərt. İnsanların haqqını əda etmək.

5. İctimai şərt. Başqalarının xeyirxahlığını istəməlidir.

6. Gigiyena şərti. Dəstəmaz və qüsl şərtlərinə əməl olunmalıdır.

İmam Sadiq (ə) buyurur: “Hər kim namazının qəbul olub-olmamasını bilmək istəyirsə, gərək baxsın görsün namaz onu günah və çirkinlikdən saxlayırmı, yoxsa yox.

Ona görə də namaz onu günahdan nə qədər saxlayarsa, namazı o qədər qəbul olacaqdır”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031