Rəcəb ayının ‘ağ günlər’ində etikaf saxlaya bilməyənlərə Ayətullah Xameneidən tövsiyə
Mьəllif: admin1
Tarix: 27-01-2024, 13:49
Rəcəb ayının ‘ağ günlər’ində etikaf saxlaya bilməyənlərə Ayətullah Xameneidən tövsiyə
Rəcəb ayının ‘ağ günlər’ində etikaf saxlaya bilməyənlərə Ayətullah Xameneidən tövsiyə

Hicri-qəməri aylarının 13, 14 və 15-ci günləri “əyyamul-biz” (ağ günlər) adlanır . Rəcəb ayının “ağ günlər” adını daşıyan 13, 14 və 15-ci günlərində oruc tutmaq və ehya saxlamağın (xüsusən, “came” məscidlərində üç gün qalıb oruc tutmaq, ibadət və Allahla raz-niyaz etməyin – etikaf saxlamağın) çoxlu savabı vardır.

Ali Rəhbər Ayətullah Xamene bu 3 gündə etikaf saxlaya bilməyənlərə tövsiyəsi:

“Etikaf saxlamaq fəzilətindən məhrum olan şəxslər, yaxşı olar ki, bu üç günün hər birində Həzərt Cəfər Təyyarın namazını qılsın.”

Cəfər Təyyar namazı necə qılınır?

Bu namaz 4 rəkətlidir, iki təşəhhüd və iki salamı var (Yəni, iki dənə iki rəkətli namaz qılmaq). Birinci rəkətdə "Fatihə" surəsindən sonra "Zilzal", ikinci rəkətdə "Fatihə" surəsindən sonra "Adiyat" surəsi oxunulur

Hər rəkətdə "Həmd" surəsi və qeyd edilən surələri oxuduqdan sonra on beş dəfə təsbihati-ərbə`ə deyilir.

Təsbihati ərbə`ə

سُبْحانَ اللهِ وَاَلْحَمْدُ للهِ وَلا اِلـهَ إلاّ اللهُ وَاَللهُ اَكْبَرُ

Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.

Namazın rükusunda həmin təsbihat 10 dəfə, rükudan qalxdıqdan sonra 10 dəfə, birinci səcdədə 10 dəfə, səcdədən qalxarkən 10 dəfə, ikinci səcdəyə gedərkən 10 dəfə, ikinci səcdədən qalxarkən 10 dəfə deyilir.

Bu ardıcıllıq namazın hər rəkətində təkrar olunur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930