İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin nə kimi bərəkət və təsirləri vardır?
Mьəllif: admin1
Tarix: 7-03-2020, 10:58
İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin nə kimi bərəkət və təsirləri vardır?
1. Dini mənbələrimizdə İmam Hüseynin (ə) türbətinin bərəkət və təsirləri haqqında bir çox məlumatlar öz əksini tapıbdır. Bu barədə, 3015, 30279 və 83 rəqəmli cavabları mütaliə edə bilərsiniz.

2. Lakin Seyyid əş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazım (ə) belə buyurur: "Şiələrimiz dörd şeydən ehtiyacsız qalmazlar: Üzərində namaz qıldıqları həsir, barmaqlarına taxdıqları üzük, dişlərini fırçaladıqları misvak və otuz üç dənəsi olan Seyyid əl-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh".

Hər vaxt bu təsbehlə zikr desə, Allah o zikrin müqabilində dörd savab yazar. Hər zaman zikr etmək yadından çıxsa və adət etdiyindən dolayı təsbehi zikrsiz çevirsə belə, Allah onun müqabilində iyirmi savab yazar. [1]

Bu hədisin maraqlı tərəfi budur ki, İmam Hüseynin (ə)türbətindən hazırlanmış təsbehi hətta zikr demədən əldə saxlamağın belə savabı vardır.

Başqa bir rəvayətdə O Həzrətdən (ə) soruşulur: Bir insanın İmam Hüseynin (ə) türbətiylə təsbeh demək caizdir? Türbət hansısa bir fəzilətə malikdirmi?

İmam (ə.s) cavabında buyurur: "Seyyid əs-Şəhadənin türbətindən daha fəziləti nə ola bilər ki, əgər bir şəxs əlində türbətdən hazırlanmış təsbeh varsa və onu zikr etməyi unudaraq, yalnızca əlində çevirsə onun üçün zikr savabı yazılacaqdır."[2]

[1] Şeyx Hürr Amuli, Vəsailuş-şiə, Cild, 14, Səh, 536, Qum, Alul-Beyt muəssisəsi, Qum, birinci çap, 1409 qəməri

[2] Həmin mənbə.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930