Bu 3 daş behiştdən nazil olub
Mьəllif: admin1
Tarix: 4-03-2020, 17:54
Bu 3 daş behiştdən nazil olub
İmam Baqir (ə) buyurur: “İbrahim məqamı, Bəni-İsrayilin daşı və Həcrul-əsvəd – 3 daşdır ki, behiştdən nazil olmuşdur.

O üç daş ibarətdir: İbrahim məqamından, Bəni-İsrayil daşından və Həcərul-əsvəddən ki, Allah onu İbrahimə (ə) tapşıran zaman kağızdan da ağ idi və bəni-Adəmin günahları sayəsində qaralmışdır”.

“Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın».

Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır».

Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər.

Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar”. (“Bəqərə” 61).

Bəni-İsrayil bu hadisədən sonra Allahın qəzəbinə düçar oldular. Bu, ona görə olmuşdur ki, onlar davamlı olaraq Allahın ayələrinə küfr edərdilər.

Peyğəmbərləri (ə) haqsız yerə öldürərdilər. Səbəbi isə bu idi ki, Allahın əmrinə qarşı çıxır və üsyan edirdilər.

Bəli, İlahi hədləri keçmək həqiqətən də böyük günahlardandır ki, hətta Həcərul-əsvədin qaralmasına belə səbəb olmuşdur.

Allah Təala bizləri əməlləri ağ bəndələrdən qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930