Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür
Mьəllif: admin1
Tarix: 1-03-2020, 10:44
Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür
İmam Əli (ə) düşünmək barəsində buyurur:

“Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.” [1]

“Kim düşünsə gözü açılar.”[2]

“Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.” [3]

“Heç bir bilik düşünmək qədər deyil.” [4]

“Düşüncə saf bir güzgüdür.”[5]

İmam Həsən (ə) buyurur:

“Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.” [6]

“Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.” [7]

İmam Sadiq (ə) buyurur: “Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.” [8]

Düşünmək kimi ibadət yoxdur.

Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: “Bütün insanlardan kənar gəzər və düşünərdi.” [9]

İmam Sadiq (ə) buyurur: “Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.” [10]

“Yalnız ağıl sahibləri ibrət alarlar.”[11]

İmam Sadiq (ə) buyurur: “Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır.” [12]


[1] Bəqərə, ayə 219

[2] Nəhcül-Bəlağə, məktub 31

[3] Ğurərul-hikəm, hədis 8917

[4] Nəhcül-Bəlağə, hikmət 113

[5] Nəhcül-Bəlağə, hikmət 5

[6] Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11

[7] Tənbihul Xəvatir, c. 78, səh.52

[8] Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20

[9] Tənbihul-xəvatir, c. 1, səh. 250

[10] əl-Kafi, c. 2, səh. 55, hədis 3

[11] əl-Kafi, c. 2, səh. 55, hədis 5

[12] Biharul-Ənvar, c.71, səh. 327, hədis 22



(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930