Abidin cəzası və günahkarın mükafatı
Mьəllif: admin1
Tarix: 26-02-2020, 21:29
Abidin cəzası və günahkarın mükafatı
Bir gün Həzrət İsa (ə) bir səhradan keçirdi və yolüstü bir məbədə rast gəldi ki, abidlərdən biri orada yaşayırdı.

Həzrət (ə) onunla danışmağa başladı. Bu zaman nalayiq əməlləri ilə məşhur olan bir cavan oradan keçirdi. Həzrət İsanı (ə) və abidi görən zaman ayaqları süstləşdi və yeriyə bilmədi.

Durduğu yerdən dedi: “Allahım, mən öz nalayiq rəftarımdan xəcalət çəkirəm. İndi əgər peyğəmbərin məni görsə və danlasa, nə edəcəyəm? Allahım, üzrümü qəbul et və abırımı aparma”.

Abid həmin cavanı görən kimi başını göyə qaldırdı və dedi: “Allahım! Məni Qiyamət günü bu günahkar cavanla məhşur etmə”.

Bu zaman Allah Təala Peyğəmbərinə (ə) vəhy edir ki, bu abidə de: “Mən duanı yerinə yetirdim. Səni bu cavanla məhşur etməyəcəyəm. Çünki o, tövbə etdiyi üçün behişt əhlindəndir. Sən isə qürur və təkəbbürünə görə cəhənnəm əhlindənsən”.

Bu hədis bizlər üçün ibrət dərsidir. Çünki bəzən elə olur ki, insan, Allahın vacibatlarını yerinə yetirdiyi üçün başqalarının yanında qürurlanır və fəxr edir.

Onları özündən alçaq hesab edir və məzəmmət edir. Elə bilir ki, o, hamıdan daha üstündür, çünki namaz qılır, oruc tutur. Ancaq həqiqətdə belə deyildir.

Öz ibadəti ilə qürurlanan abid, əlbəttə ki, təvazökar və tövbə etmiş günahkardan daha aşağı məqamda qərar tutar.

Çünki təkəbbür etmək həqiqi möminə yaraşmaz. Əgər mömindirsə, mütləq təvazökar olar və insanlara yuxarıdan aşağı baxmaz.

Allah Təala bizləri təvazökarlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031