Həzrət Nuhun (ə) övladları
Mьəllif: admin1
Tarix: 18-02-2020, 21:51
Həzrət Nuhun (ə) övladları
Həzrət Nuh (ə) ilk Ulul-əzm peyğəmbər olmuşdur.
İlk peyğəmbərdir ki, onun zamanında əzab nazil olmuşdur. O, İbrahim (ə) dininin ən mühüm şəxsiyyətlərindəndir ki, həm Tövratda, həm İncildə və həm də Quranda ondan bəhs olunmuşdur. O, Adəmin (ə) doqquzincu nəslindən olmuşdur və əkinlə məşğul olan ilk peyğəmbərdir.

O, öz qövmünü 950 il yeganə olan Allaha pərəstiş etməyə dəvət edir. Ancaq qövmü ona tabe olmadığı üçün Allah onlara əzab nazil edir.

Həzrət Nuhun (ə) dörd övladı olmuşdur: Sam, Ham, Yafəs və Kənan. Övladları arasında Kənandan başqa qalanları Nuha (ə) iman gətirərlər. Ona görə də gəmidə ataları ilə bir yerdə olurlar. Ancaq Kənan iman gətirmədiyi üçün suda qərq olur və ölür.

Hədislərimizin buyurduğuna görə, Həzrət Nuhun (ə) nəsli Samın tərəfindən davam etdirilir. Samın bir neçə oğlu olur: Aşur, Əylam, Lud, Aram, Ərfəkşad və eləcə də bir neçə qızı olur. Deyilənə görə, Həzrət İbrahim (ə) Ərfəkşadın nəslindən olmuşdur.

Sam haqqında Quran ayəsi mövcud deyildir. Ancaq hədislər onu bizə tanıtmışdır. O zaman ki, Nuh (ə) vəfat edir, Sam atasını kəfənləyib, dəfn edir. Nuhun (ə) davamçıları ona iman gətirirlər. Ancaq qardaşları Ham və Yafəs onunla müxalif olurlar.

Hədislərin buyurduğuna görə, Sam atasının canişini olaraq, dövrünün peyğəmbəri olmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930