Ali Dini Rəhbər : “Düşmənlər məqsədlərinə çata bilməyəcək”
Mьəllif: admin1
Tarix: 18-02-2020, 21:47
Ali Dini Rəhbər : “Düşmənlər məqsədlərinə çata bilməyəcək”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei 21 fevral 2020-ci ildə keçiriləcək 11-ci çağırış İran Parlamenti seçkiləri ilə əlaqədar mühüm açıqlamalar verib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Təbriz xalqının 18 fevral 1978-ci ildə Pəhləvi rejiminə qarşı qiyama qalxması münasibəti ilə Şərqi Azərbaycandan gələn vətəndaşlarla görüşüb.

Ali Dini Rəhbər fevralın 21-i keçiriləcək Parlament və Xübrəqan Ekspertlər Məclisi seçkilərinə toxunaraq, belə deyib: “Demək istərdim ki, seçkilər ümumi səfərbərlikdir. Ölkəni gücləndirən seçkilər İslam nizamı üçün şərəf mənbəyidir”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ-ın qara piarıyla İslam nizamı və gənc vətəndaşları bir-birindən uzaqlaşdırmaq istədiyini söyləyərək, belə deyib: “Onlar davamlı olaraq çalışırlar və özlərinə beyin mərkəzləri qururlar. Məqsədləri iranlı gəncləri İslami nizamdan qoparmaqdır, ancaq məqsədlərinə çata bilməyəcəklər”.

Seçkilərin ABŞ rəsmiləri ilə sionitlərin zərərli planlarını zərərsizləşdirəcəyini qeyd edən Ali Dini Rəhbər, sözlərinə belə davam edib: “Dostların və düşmənlərin gözü buradadır (İranda).

Düşmənlər, piarların, iqtisadi problemlərin, qərblilər və avropalıların (nüvə razılaşma) pozuntularının və ABŞ-ın təzyiqlərinin nəticəsini bilmək istəyirlər. Dünyanın hər yerindəki dostlarımız da nələr olacağını maraqlanır.

İran güclənməlidir. İran güclənsə, düşmənləri məyus olar və onların hiylələri başlanğıcda puç olar və nəticəsiz qalar. Güclənmənin bir nümunəsi də güclü bir parlamentə sahib olmaqdır.

Düşmən sui-qəsdləri qarşısında, hökuməti müsbət istiqamətə aparan və lazımlı qanunlar çıxaran parlament ölkəni qoruya bilər. Güclü bir parlament belədir. Seçici fəallığı nə qədər yüksək olarsa, parlament də bir o qədər güclü olar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930