Qurani-Kərimdə göstərilən muhsininlər kimlərdir?
Mьəllif: admin1
Tarix: 18-02-2020, 15:47
Qurani-Kərimdə göstərilən muhsininlər kimlərdir?
Qurani-Kərimdə ən çox rast gəldiyimiz sözlərdən biri də muhsinin sözüdür ki, əhsənə sözündən götürülmüşdür. Bu söz Quranda iki mənada istifadə olunmuşdur: bir mənası başqalarına xeyir verən və yaxşılıq edəndir. Bir mənası isə saleh işlər yerinə yetirən insana aid edilir.

Quranda ən çox birinci mənaya üstünlük verilmiş və başqalarına xeyir vermək ehsan adlandırılmışdır. Hər kəs bir başqasına yaxşılıq edərsə, istər-istəməz həmin əməl saleh əməl hesab olunar.

Bu dəfə ikinci məna özünü büruzə verər və muhsin sözü üzə çıxar. Ona görə də deyə bilərik ki, muhsin – saleh əməl yerinə yetirər və ehsan edər.

Qurani-Kərimdə muhsinlər haqqında ayələr vardır: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

“Həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir”. (“Maidə” 13).

“Həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Maidə” 69).

Quranın bəzi ayələrində muhsinin sözü ümumi mənada işlənmişdir ki, bu ayələrə nəzər salaq:

“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

Bu ayədə muhsinin o kəslərə şamil edilir ki, Allah yolunda cihad edərlər. Əlbəttə, cihad deyildikdə, üç məna nəzərdə tutula bilər: Zahiri düşmənlə cihad, şeytanla cihad və nəfs ilə edilən cihad. Yəni, insan Allah yolunda cihad edərsə, muhsininlərin cərgəsinə qoşular.

Başqa ayədə oxuyuruq: “Bu (surənin) ayələr(i) hikmətamiz kitabın ayələridir (Qur’anın, yaxud Lövhi-Məhfuzun ayələridir. O, elmlərə, şəriət hökmlərinə və müstəqil əqli məfhumlara şamildir).

O, yaxşı əməl sahibləri üçün düz yol göstərən və rəhmətdir.

O kəslər ki, namaz qılır, zəkatı ödəyir və axirətə də yəqinlikləri vardır.

Onlar öz Rəbbi tərəfindən (din mərifətləri və insani kamallara doğru gedən) doğru bir yol üzərindədirlər və nicat tapanlar da onlardır”. (“Loğman” 2-5).

Bu ayələrə əsasən muhsinin o kəslərdir ki, Allah onları hidayət edər və onlara rəhmət edər.

Quranın başqa ayəsində oxuyuruq: “Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu İlahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə, onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.

(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et”. (“Ali-İmran” 146-147).

Bu ayənin nəzərinə görə, muhsinin o kəslərdir ki, dində qədəmləri sabitdir və Allahı müdafiə etməkdə süstlük etməzlər. Allaha daima dua edərlər. (Həvzəh)

Qurani-Kərim bəzi peyğəmbərlərini (ə) muhsinin adlandırmışdır. O cümlədən:

“Biz ona xitab etdik ki: «Ey İbrahim! Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər). Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. (“Saffat” 104-105).

“Salam olsun Musaya və Haruna! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. (“Saffat” 120-121).

Beləliklə, deyə bilərik ki, muhsin sözünün kökündə ehsan sözü durur və muhsin başqalarına xeyir verən insandır. Muhsinin həm də o kəslərdir ki, saleh əməl görərlər. Allah muhsinləri və yaxşı əməl sahiblərini sevir.

Allahım, bizləri də muhsinlərindən qərar ver!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930