Bu surəni oxuyana siddiqlər və möminlərin ruhları bağışlanma diləyər
Mьəllif: admin1
Tarix: 18-02-2020, 10:44
Bu surəni oxuyana siddiqlər və möminlərin ruhları bağışlanma diləyər
Məkkədə nazil olmuş “Mömin” surəsi 85 ayədən ibarətdir. Bu surə “Həvamim” adını daşıyan surələrin birincisidir. Qeyd edək ki, Qurani-Kərimin yeddi surəsi ardıcıl olararaq “Ha-mim” müqəttəə hərfləri ilə başlandığından, “Həvamim” adlanır.

Peyğəmbəri-Əkrəm (s) və Əhli-beytdən (ə) nəql olunmuş İslam rəvayətlərində, ümumiyyətlə, “Ha-mim”lə başlayan surələr, məxsusən də, sözügedən surə üçün çoxlu fəzilət göstərilmişdir. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

اَلحَوامِیمُ تاجُ القُرآنِ

“Ha-mim surələri (“Ha-mim”lə başlayan yeddi surə) Quranın tacıdır.”

Başqa bir hədisdə belə buyurulur:

لِکُلِّ شَیء لُبابٌ وَلُبابُ القُرآنِ الحَوامِیمُ

“Hər bir şeyin beyni vardır, Quranın da beyni “Ha-mim”lə başlayan surələrdir. ”

İmam Sadiq (ə) buyrmuşdur:

اَلحَوامِیمُ رَیحانُ القُرآنِ فَإذا قَرَأتُمُوها فَاحْمَدُوا اللّهَ وَاشکُرُوهُ بِحِفظِها وَتِلاوَتِها وَإنَّ العَبدَ لَیَقُومُ یَقرَأُ الحَوامِیمَ فَیَخرُجُ مِن فِیهِ أطیَبُ مِنَ المُسکِ الاَذفَرِ وَالعَنبَرِ وَإنَّ اللّهَ لَیَرحَمُ بِالنَّهارِ تالیها وَقارِئها وَیَرحَمُ جیرانَهُ وَأصدِقائَهُ وَمَعارِفَهُ وَکُلَّ حَمیم أو قَریب لَهُ وَإنَّهُ فِى القِیامَةِ یَستَغفِرُ لَهُ العَرشُ وَالکُرسِىُّ وَمَلائِکَةُ اللّهِ المُقَرَّبُونَ

““Ha-mim”lə başlayan surələr Quranın reyhanıdır. Həmin surələri oxuduqda, Allaha həmd edir, tilavət edib qoruduqda (oxuyub əməl etdikdə) Ona şükür edirsiniz.

Yuxudan qalxan hər bir bəndə “Ha-mim” surələrini oxusa, (qiyamət günü) ağzından müşk və ənbərdən də ətirli qoxu gələr. Allah-Taala bu surələri oxuyan və tilavət edəni, həmçinin onun qonşularını, dostlarını, tanışlarını, bütün yaxın və uzaq adamlarını Öz rəhmətinə şamil edər, qiyamət günü ərş, kürsü və Allahın yaxın mələkləri onun günahlarının bağışlanmasını diləyərlər.”

Məxsusən sözügedən surənin fəziləti haqda isə, Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

مَن قَرَأَ سُورَةَ حم المُؤمِنَ لَم یَبقَ رُوحُ نَبِىّ وَلا صَدیق وَ لا مُؤمِن إلاّ صَلُّوا عَلَیهِ وَاستَغفِرُوا لَهُ

“Hər kim “Ha-mim”lə başlayan “Mömin” surəsini oxusa, bütün peyğəmbərlər, siddiqlər və möminlərin ruhları ona salam göndərər və bağışlanma diləyərlər.” (“Məcməul-bəyan”, “Mömin” surəsinin başlanğıcı; “Təfsiri-nümunə”, 20-ci cild, səh.6.)

Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930