Saliklər kiminlə yol yoldaşıdır?
Mьəllif: admin1
Tarix: 17-02-2020, 15:11
Saliklər kiminlə yol yoldaşıdır?
Salik – Allah yolunun yolçusu – ya bu yolun çətinliklərindən, eniş və yoxuşlarından xəbərdardır, ya da deyildir. Əgər salik üçün bu yol tanış deyildirsə, onu məqsədə çatdıra bilən bir rəhbərə ehtiyac vardır. Həmin rəhbər bu yolun çətinliklərindən xəbərdardır və bilir ki, bu yolu necə salamat getmək olar.

Bütün İlahi peyğəmbərlər (ə), övliyalar bu yoldan xəbərdardırlar. Onlar – bəşəri hidayət edən səfirlərdirlər. Ona görə də Allah Təala ayədə Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən.

(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).

Salik bilməlidir ki, Allah həmişə onunladır. Əgər salik bu həqiqəti qəbul etməsə, o zaman nə məqsədə çatar, nə İlahi qürb məqamına.

Bu ayənin xitab etdiyi şəxs – Həzrət Peyğəmbərdir (s). Əgər kimsə səhər çağından gecə namazına qədər ibadət edər və zikr ilə məşğul olar, müstəhəb və vacib namazlarını yerinə yetirərsə və halal ruzi yeyərsə, Allah yolunun yolçusu olar və Peyğəmbərlə (s) və həmçinin vəsilərlə yol yoldaşı olar.

Bu ayə zahirdə Həzrət Peyğəmbərə (s) xitab etsə də, ancaq o Həzrətin (s) vəsilərinə də şamil edilər ki, onlardan biri də İmam Zaman ağadır (ə.f). Yəni, hər kim Allah yolunun yolçusu olar, eyni zamanda İmam Zaman ağanın (ə.f) da yol yoldaşı olar.

Bu insanların qəlbləri hüzurludur, çünki bilirlər ki, bu yolda onlara rəhbərlik edən dahi bir insan vardır. Həmin rəhbər irəlidə gedər və ardınca gələnləri təhlükələrdən qoruyar. Bəli, insan bu cür rəhbər ilə məqsədinə çata bilər və Allaha yaxınlaşar.

O, qəlblərin İmamıdır (ə.f).

O, əkbər cihadın İmamıdır (ə.f).

Eyni zamanda kiçik və orta cihadların da imamıdır.

Allah Təala bizləri o Həzrətə (ə.f) yaxın olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031