Nur rəhbərlərinin əsas əlaməti
Mьəllif: admin1
Tarix: 13-02-2020, 20:40
Nur rəhbərlərinin əsas əlaməti
Qurani-Kərimin nəzərinə görə, əmirlər iki dəstəyə bölünürlər: atəş rəhbərləri və nur rəhbərləri.

Nur rəhbərləri o kəslərdir ki, daima haqqın ardınca olarlar və batildən qaçarlar. İmam Əli (ə) bu haqda buyurur: “Əgər o cəmiyyət çox olmasaydı, hüccət tamam olmazdı. Əgər Allahın alimlərdən aldığı əhd olmasaydı, mən xilafət dəvəsinin yüyənini boş buraxardım”.

Nur rəhbərləri cəmiyyətin ən zəif təbəqəsinin yanında olur. Özlərini heç kəsdən üstün hesab etməzdilər. Bəlkə hamıdan zəif görünməyə çalışardılar.

İmam Əli (ə) bu haqda buyurur: “Haqq İmamları gərək yemək və içməkdə ən zəif insanlara iqtida etsinlər”.

Haqq rəhbərləri cəmiyyətdə ədalətin keşiyində duran insanlar idi. Onlar haqq əsasında hökm verərdilər. Ondan qeyrisi haqqında heç düşünməzdilər belə.

Allah Təala Həzrət Davudun simasında bütün hakimlərə müraciət edərək buyurur: “(Sonra dedik:) Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır”. (“Sad” 26).

Beləliklə deyə bilərik ki, nur rəhbələri – atəş rəhbərlərinin tam əksinə əməl edən insanlardırlar. Onlar ədalət və haqq tərəfdarıdırlar və insanlara edilən zülmlə mübarizə apararlar.

Azlıq təşkil etməklərinə baxmayaraq, insanların sevimlisi olar və onları hidayət edərlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930