Niyə Kəbə evi dördbucaqlı inşa edilmişdir?
Mьəllif: admin1
Tarix: 10-02-2020, 17:57
Niyə Kəbə evi dördbucaqlı inşa edilmişdir?
Həzrət İbrahim (ə) Allahın əmrinə əsasən Kəbə evini inşa etmişdir. Ancaq onu nə üçün dördbucaqlı inşa etmişdir? Bu suala cavab vermək üçün hədislərə müraciət edək.

Həzrət İmam Cəfər Sadiqə (ə) sual verirlər: “Nə üçün Kəbə bu cür adlandırılmışdır?”.

İmam (ə) buyurur: “Çünki dördbucaqlıdır”.

Sual verirlər: “Bəs niyə dördbucaqlıdır?”.

İmam (ə) buyurur: “Çünki Beytul-məmurla üzbəüzdür və o da dörd bucaqlıdır”.

Soruşurlar: “Nə üçün Beytul-məmur dördbucaqlıdır?”.

İmam (ə) buyurur: “Çünki ərşlə üzbəüzdür və o da dördbucaqlıdır”.

Soruşurlar: “Niyə ərş dördbucaqlıdır?”.

İmam (ə) buyurur: “Çünki İslamın inşa olduğu kəlmələr dörd dənədir: "Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vallahu əkbər".

Allah Təala bizləri təsbih, təhmid, təhlil və təkbir əhlindən qərar versin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930