Bunları bildikdən sonra şükür səcdəsini tərk etməyəcəksiniz
Mьəllif: admin1
Tarix: 7-02-2020, 17:06
Bunları bildikdən sonra şükür səcdəsini tərk etməyəcəksiniz
Şükür səcdəsi də namaz namazdan sonrakı əməllərdən biridir.

Allahın sonsuz və saysız nemətlərinə şükür əlaməti olaraq namazdan sonra alnı torpağa qoyaraq Onun nemət­lərini xatırlamaq, şükür və həmd etmək, həm insanın qəlbində Allah sevgisini artırır, həm də Allah yanında insanı daha sevimli və yaxın edir, eləcə də nemətlərin artmasına səbəb olur.

Bir çox hədislərdə şükür səcdəsinin əhə­miyyəti vurğulanır. Məsələn Biharul-ənvar kitabının 83-cü cildində şükür səcdəsi barədə məsum imamlar (ə) tərəfindən 63 hədis qeyd olunub.

Hətta heç bir söz deməsək də, nemətlərə görə şükür etmək və ibadət və bəndəliyə nail olduğumuza görə təşəkkür əlaməti olaraq torpağa alnımızı və üzümüzü qoyaraq minnətdarlıq etmək şükür deməkdir.

Lakin “Şükrən lillah” və ya “Həmdən lillah” və s. deyilməsi daha yaxşıdır.

Hədisdə deyilir ki, əgər insan birnəfəsə, yəni ardıcıl olaraq “Ya Rəbb, ya Rəbb…” deyərsə, Allah səslənər: “Ləbbeyk, nədir diləyin ki, yerinə yetirim?”[1]

İmam Sadiqin (ə) buyurduğu kimi, namaz­dan sonra şükür səcdəsi etmək, namazın tamamlanmasına, Allahın razılığına, mələk­lərin heyrətlənməsinə və sevinməsinə səbəb olar.

Allah onlardan soruşar: “Şükür edən bu bəndənin mükafatı nədir?” Deyərlər: “Sənin mərhəmətin, sənin cənnətin, onun problemlərinin həlli.”

Allah-təala buyurar: “O, mənə şükür etdiyi kimi, mən də ona təşəkkür edirəm.” Bu cümlə onu bildirir ki, ilahi razılıq və təşəkkür bütün nemətlərdən üstündür.[2]


[1] Biharul-ənvar, 83-cü cild, səh.205.

[2] Vəsailuş-şiə, 4-cü cild, səh.1071.



(ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031