Qadınlar kişilərin simasında olacaq, kişilər qadınlara bənzəyəcək, Qərb əhli Şərq əhlinin səsini eşidəcək – Peyğəmbərimiz (s) zühurun əlamətləri barədə
Mьəllif: admin1
Tarix: 5-02-2020, 22:19
Qadınlar kişilərin simasında olacaq, kişilər qadınlara bənzəyəcək, Qərb əhli Şərq əhlinin səsini eşidəcək – Peyğəmbərimiz (s) zühurun əlamətləri barədə
Nəql olunur ki, Salman Farsi bir gün Həzrət Peyğəmbərdən (s) “Muhəmməd (s)” surəsinin 18-ci ayəsi ilə bağlı soruşur: “(Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər?

Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son Peyğəmbərin göndərilməsi və Ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!”.

Həzrət Rəsuli-Əkrəm (s) cavabında buyurur:

“Ey Salman! İslam qərib başladı və tezliklə o zamanda qəribliyinə geri qayıdacaqdır. Hər kəs üçün dini qəbul etmək atəş parçasını əlinə götürmək kimi olacaqdır.

O zamanda qadınlar kişilərin simasında olacaqlar. Kişilər də qadınlara bənzəyəcəkdir.

Haqsız yerə şəhadət vermək artacaqdır. Məscidlər boş buraxılacaqdır.

Qadınlar miniklərə minəcəklər.

Qərb əhli, Şərq əhlinin səsini eşidəcəkdir. Şərq əhli də Qərb əhlinin səsini eşidəcəkdir.

Quran musiqi aləti ilə oxunacaqdır.

Onlara atəş yağacaqdır. Yer əhlinin yeddidə beşi öləcəkdir. Onların ölümü taun və qırmızı ölümlə olacaqdır.

Bu zaman İsa (ə) yerə enəcəkdir. Onu əhatəyə alarlar və o, deyər ki, bu işlər mənim üçün deyildir (mənə aid deyildir). Ona görə də Məhdi (ə.f) gələcəkdir və işlərin rəhbərliyini əlinə alacaqdır”.

Allah Təala bizləri bu zühuru tezləşdirənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930