Bu hallarda tələsmək bəyənilmir
Mьəllif: admin1
Tarix: 4-02-2020, 21:32
Bu hallarda tələsmək bəyənilmir
Müqəddəs dinimizin nəzərinə görə, bəzi hallarda tələsmək bəyənilir, bəzi hallarda isə əksinə – bəyənilməyən əməl sayılır. Bəs hansı işlərdə tələsməməliyik?

1. Danışıq və əməldə. İmam Əli (ə) İmam Həsənə (ə) buyurur: “Sənə danışan və əməl edən zaman tələsməyi qadağan edirəm”.

2. Namaz. Bir nəfər İmam Əlinin (ə) yanında namazını tez bir şəkildə əda etdi və Həzrət ona baxıb buyurdu: “Nə qədər zamandır belə namaz qılırsan?”.

Deyir: “Bir müddətdir”.

İmam (ə) buyurur: “Allahın yanında sənin məsəlin – dimdiyini yerə vuran qarğanın məsəli kimidir. Allah qarşısındakı səcdən və mütiliyin – yerə dimdik vurmaq kimidir. Əgər belə ölsən, Peyğəmbərin (s) dinindən qeyrisində ölərsən”.

3. Yemək yeyəni gözləyən zaman. İmam Əli (ə) buyurur: “Yemək yeməklə məşğul olan insanı tələsməyə vadar etməyin, o zamana qədər ki, yeməyini bitirər”.

4. Həyat yoldaşı seçən zaman.

5. Tənqid etməyə hazırlaşan zaman.

6. Maşını sürən zaman.

7. Alış-veriş edən zaman.

8. Xəbər alan zaman. İmam Əli (ə) buyurur: “Söz gəzdirənlərin sözlərini təsdiq etmək üçün tələsmə, çünki onlar xaindirlər, baxmayaraq ki, xeyirxah nəsihət verənlərin libasında zahir olsalar belə”.

9. Hökm verən zaman. İmam Əli (ə) buyurur: “Tələsən insanın düzgün hökm verməsi çox az hallarda olur”.

10. İnsanların eybini deyən zaman. İmam Əli (ə) buyurur: “Ey Allah bəndəsi! Heç kəsi günahına görə məzəmmət etməyə tələsmə, ola bilsin ki, Allah onu bağışlamışdır”.

11. İntiqam alan zaman. İmam Əli (ə) buyurur: “Ən böyük günah – intiqam alan zaman tələsməkdir”.

12. Cavab verən zaman. İmam Əli (ə) buyurur: “O kəs ki, tələsərək cavab verər – doğru cavab verməz”.

13. Dua oxuyan zaman.

14. Yemək yeyən zaman.

15. Camaat namazı qılan zaman. Müstəhəbdir ki, imam-camaat namaz qılan zaman zəif namazqılanların halına riayət etsin və tələsməsin ki, zəif insanlar ona çata bilsinlər.

16. Xəstə, dərman içməkdə tələsməməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Madam ki, bədənin xəstəliyə dözmək qüdrətinə malikdir, dərman içməkdən imtina et. O zaman ki, xəstəliyə dözə bilmirsən – dərmandan istifadə et”.

17. Məsciddən çıxan zaman.

18. Qərar verən zaman.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930