İlahi nemətlərdən sui-istifadə edən zalımlar
Mьəllif: admin1
Tarix: 31-01-2020, 18:07
İlahi nemətlərdən sui-istifadə edən zalımlar
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 258-ci ayəsində buyurur:

أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: “Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: “Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.”

Tarixi rəvayətlərdə nəql olunur ki, Nəmrud Babil padşahlarından olub. O, Həzrət İbrahimlə Allah haqqında mübahisələrə girişir. Həzrət İbrahim öz Allahının dirildən və öldürən Allah olduğunu dedikdə, Nəmrud iddia edir ki, o da dirildib öldürməyi bacarır.

Sonra iki məhbusu gətirir və birini azad edib digərini öldürür. Bu axmaq işi müşahidə edən İbrahim peyğəmbər, Nəmrudun diriltmək və öldürmək haqqındakı sarsaq təfəkkürünə sahib olur.

İbrahim, Nəmruda təklif edir ki, Allahın şərqdən çıxardığı günəşi qərbdən çıxarsın. İbrahim deyir: “Əgər sən varlıq aləmində hakimiyyətə malik olduğunu iddia edirsənsə, günəşi qərbdən çıxart.” Həmin vaxt Nəmrud yerində donub qalır və səsini udur.

Bildirişlər

1. Kimin nəyi varsa Allahdandır. Kafirlər də, bu dünyada Onun nemətlərindən bəhrələnirlər. Amma bu nemətlərdən sui-istifadə edirlər.

2. Qüdrət və hakimiyyət zalımlıq və təkəbbür amili ola bilər.

4. Höcətləşmə, “müğalitə” batil əhlinin üsuludur.

5. Əgər həqiqət məntiq və dəlil yolu ilə bəyan olunarsa, batilə qalib gələr.

6. Mübahisələrdə fitri, əqli və ümumi dəlillərdən istifadə edin. Belə etsəniz, höcətcil müxalif də söz tapmaz.

7. Kafir zalımdır. Çünki özünə və insanlıq məqamına zülm etmişdir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 258-ci ayələrin təfsiri.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930