Təqva əhlinin əməllərində ixlasla mərifətin qarşılıqlı rabitəsi
Mьəllif: admin1
Tarix: 30-01-2020, 20:05
Təqva əhlinin əməllərində ixlasla mərifətin qarşılıqlı rabitəsi
İmam Əli (ə) təqva əhli barədə buyurur: “Allahın böyük əzəməti canlarının dərinliklərində çiçək açmışdır. Allahdan qeyrisi onların nəzərində həqir və kiçikdir.

Onlar mərifət qalasının uca yerində əyləşmiş və sanki behişti görürlər. Həmçinin cəhənnəmə və cəhənnəm əzabı çəkənlərin halına şahiddirlər.

Qəlbləri qəmgin, həyatları mehribancasına, ehtiyacları az, canları təqvalı və dünyanın əsirlik tələsindən azaddırlar.

Gündüzü səbir edərlər, harama qapını bağlayarlar, uzun ləzzət əldə edərlər. Allah onlar üçün necə də faydalı ticarət hazırlamışdır.

Dünya onların soraqlarına gələr, öz gözəl siması ilə onları günaha dəvət edər. Ancaq təqva əhli aldanmaz və yüzlərlə bəyin nazına diqqət etməzlər.

Dünya onları əsir etmək istədi, ancaq təqva əhli özlərini o tələlərdən azad etdi”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, əgər insan təqva qalasını fəth edə bilərsə, o zaman Allaha mərifət əldə edər və təqvası, mərifəti sayəsində dünyanın tələlərindən azad olar və ondan ancaq özü üçün lazım olan qədərini götürər.

Bu cür insan qəlbi qəmgin və nigaran olsa da, insanlara qarşı həmişə mehribandır. Çünki əməlləri ixlaslıdır, ancaq Allah üçündür.

Onlar Allahdan qeyrisini qəbul etməzlər. Allahdan qeyrisi onların gözündə həqir və kiçikdir.

Uca Allah bizləri təqva əhlinin sırasında qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930