Bu gün ruzi artımı və mühüm hacətlərin qəbulu üçün "Vaqiə" surəsini oxumaq tövsiyə edilir
Mьəllif: admin1
Tarix: 27-01-2020, 22:56
Bu gün ruzi artımı və mühüm hacətlərin qəbulu üçün "Vaqiə" surəsini oxumaq tövsiyə edilir
Bu gün ruzi artımı və mühüm hacətlərin qəbulu üçün "Vaqiə" surəsinin xətmini başlamaq tövsiyə edilir.

Bu gün, 27 yanvar tarixi - hicri qəməri təqvimi ilə cəmadius-sani ayının 1-nə təsadüf edir. Ayətullah Behcətdən və Ayətullah Qazidən belə tövsiyə edilir ki, yeni ayın 1-ci günü həftənin bazar ertəsi gününə təsadüf edirsə, ruzinin artması və mühüm hacətlərin qəbulu üçün "Vaqiə" surəsinin xətmini başlamaq bəyənilir.

"Vaqiə" surəsinin bu halda xətminin qaydası belədir:

- dəstəmazlı, üzü qibləyə oxunur;

- ümumilikdə 14 gün oxunur;

- hər gün, günün sayına uyğun sayda oxunur (1-ci gün - 1 dəfə, 2-ci gün - 2 dəfə, 3-cü gün - 3 dəfə və beləcə 14 dəfəyədək).

- 14 günə cəmi 105 dəfə oxunur (1+2+3+4+5+6+7+8+9+10+11+12+13+14=105).

Bu xətm, ruzinin artmasına və mühüm hacətlərin qəbuluna böyük təsir edən əməllərdən sayılır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930