Ayətullah Xameneinin Avropada təhsil alan tələbələrə müraciəti
Mьəllif: admin1
Tarix: 27-01-2020, 10:34
Ayətullah Xameneinin Avropada təhsil alan tələbələrə müraciəti
Ali Rəhbər Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli dördüncü qurultayına ünvanladığı müraciətdə son günlərin mühüm hadisələri, o cümlədən şəhadətlər, hərbi güc göstəriləri, xalqın misilsiz iştirakının tarix yaradan bir hadisənin yüksəlişinin əlamətləri olduğunu dedi: “İslam İnqilabının ikinci addımı bu hadisəni təkmilləşdirməyi bacarmalıdır. Siz tarix yaradan seçilmişlərin sırasında yer ala bilərsiniz”.

"Leader.ir" saytı xəbər verir ki, Ali Rəhbərin müraciəti Ayətullah Xameneinin Avropada Təhsil Alan Tələbələrlə İş Üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən ötən gün səhər Vyana şəhərində oxunub.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İslami Assosiasiyalar İttifaqının əziz gəncləri!

Bu ilki iclasınız hər biri bir cəhətdən İran İslam dövləti və onun inqilabçı əhalisinin əzəmət və etibarını göstərən mühüm hadisələrin baş verdiyi bir vaxta təsadüf edir.

Şəhadətlər, hərbi güc nümayişləri, xalqın misilsiz iştirakı, gənclərin güclü ruhiyyəsi və qətiyyətli əzmkarlığı elm və texnologiya sahəsinin minlərlə fəal kompleksləri, habelə respublikanın gənclərinin böyük bir hissəsinin dini və mənəvi mövqeyi ilə birlikdə müasir dünyada unikal bir hadisənin meydana gəlməsindən xəbər verir. Bu hadisə tarixin gələcək axarına dərin və təyinedici təsirlər qoya bilər

İslam İnqilabının ikinci addımı Allahın güc və qüdrəti ilə bu hadisəni zirvə nöqtəsinə çatdırıb gerçəkləşdirməlidir. Bu həyati dinamizmdə ümid elmli, müdrik və imanlı gənclərədir. Siz bir tarix yaradan seçilmişlər ola bilərsiniz.

Siz əzizlərin böyük müvəffəqiyyətlərin ümidlə

Allahın salam və rəhməti üzərinizə olsun


Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031