Hicab, təkcə başa bağlanan yaylıq deyil
Mьəllif: admin1
Tarix: 26-01-2020, 20:14
Hicab, təkcə başa bağlanan yaylıq deyil
Hicab – dinimizin vacibatlarından biridir ki, həm cəmiyyətdə və həm də ailədə hüzuru təmin edir və ruhi cəhətdən sağlam insanların yetişməsinə səbəb olur.

Hicabın əhəmiyyətini Məsumların (ə) mübarək dilindən eşidək.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin qadınlarının həlakəti iki şeylədir: qızıl və nazik paltar”. Yəni, naməhrəmlər qadının bər-bəzəyini görməməli və bədəninin hüdudlarını sezə bilməməlidir.

İmam Rza (ə) buyurur: “Hər kim elə paltar geyinər ki, onunla qürurlansın – Allah rəhmətini ondan götürər”.

İmam Cəfər Sadiq (ə) Əbu Əmirin bacılarından birinə buyurur: “Nə zaman qardaşını görməyə getsən, rəngarəng və təhrikedici paltar geyinmə”.

Həzrət Peyğəmbər (s) buyurur:

“Qadın üçün caiz deyildir ki, ayağının aşağı hissəsi naməhrəm üçün aşkar olsun.

Əgər belə əmələ düçar olarsa, birincisi, Sübhan Allah onu həmişə lənətləyər.

İkincisi, Böyük Allahın qəzəbinə düçar olar.

Üçüncüsü, Allahın mələkləri də onu lənətləyər.

Dördüncüsü, Qiyamət günü onun üçün ağrılı əzab hazırlanar.

O qadının ki, Qiyamət gününə və Sübhan Allaha inamı olar – zinətini ərindən qeyrisi üçün aşkar etməz. Həmçinin saçlarını və ayağının aşağı hissəsini nümayiş etdirməz.

Hər kim bu əməlləri ərindən qeyrisi üçün edərsə, dinini fasid etmiş olar və Allahı özünə qarşı qəzəbləndirər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman görsəniz ki, qadınlar saçlarını dəvənin hüngürü kimi edər və naməhrəm arasında zahir olarlar, onlara deyin ki, namazları qəbul deyildir”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O qadın ki, özünə görə ətir vurar və bir dəstənin yanından keçən zaman iyi onlara çatar – zinakar sayılır”.

Həzrət Zəhra (s.ə) buyurur: “Qadının şəxsiyyətini qorumaq üçün ən üstün şey odur ki, o, kişini görməsin və kişilər də onu müşahidə etməsin”.

Allah Təala ümmətin xanımlarını bu buyuruşlara əməl edənlərdən qərar versin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930