İdmanın insan üçün əhəmiyyəti nə qədərdir? – Məsumların (ə) buyuruşları
Mьəllif: admin1
Tarix: 25-01-2020, 21:00
İdmanın insan üçün əhəmiyyəti nə qədərdir? – Məsumların (ə) buyuruşları
İdman – sağlam yaşamaq istəyən hər bir insanın gündəlik etdiyi əməllərdən biri olmalıdır. Çünki məhz idman bədəni sağlam saxlayır. Əgər insanın bədəni sağlam olarsa, ruhu da sağlam olar.

İdmanın əhəmiyyətini Məsumların (ə) mübarək dilindən eşidək.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında güclü mömin, zəif mömindən daha sevimlidir”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Oğlanlarınıza ox atmağı öyrədin ki, bu, düşmənin məğlub olmasına səbəb olar”.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) bir gecə Fatimənin (s.ə) evinə gedir və Həsən (ə) ilə Hüseyn (ə) də onunla idilər.

Həzrət (ə) o ikisinə buyurur: “Qalxın və güləşin”.

Onlar ayağa qalxdılar və güləşdilər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin bütün əyləncələri üç şeydən başqa batildir: onlardan biri də at sürməyi təlim verməkdir...”.

Həzrət Rəsulallah (s) buyurur: “Allah yanında ən üstün məşğuliyyət – at çapmaq və ox atmaqdır”.

İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) at çapmaq müsabiqəsi təşkil edərdi, hədiyyəni isə öz malından verərdi”.

Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınıza üzməyi və ox atmağı öyrədin”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin ən üstün əyləncəsi – üzməkdir”.

İmam Sadiq (ə) buyurur: “Sevinc on şeydədir: piyada getməkdə, at minməkdə...”.

İmam Əli (ə) buyurur: “Hər kim (bədən) işi görər – güclü olar. Hər kim iş görməkdə səhlənkarlıq edər – zəif olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930