Kimlərə salam vermək məkruh və haramdır?
Mьəllif: admin1
Tarix: 23-01-2020, 19:54
Kimlərə salam vermək məkruh və haramdır?
Salam vermək – o müstəhəb əməllərdəndir ki, dinimiz onu tövsiyə edir. Ancaq bəzi hallarda bu əməli yerinə yetirməyi məsləhət bilmir. O cümlədən:

1. Kişilərin cavan qadınlara salam verməsi. İmam Əli (ə) də Həzrət Peyğəmbər (s) kimi yaşlı qadınlara salam verərdi, ancaq cavan qadınlara salam verməkdən çəkinərdi.

2. Namazqılana salam vermək. Fəqihlərin nəzərinə görə, namazqılan şəxsə salam vermək – məkruh əməllərdəndir.

3. O kəsə ki, cənazənin basdırılması ilə məşğuldur.

4. O kəsə ki, cümə namazına gedən haldadır.

5. O kəsə ki, hamamdadır.

Dinimiz buyurur ki, bu insanlara salam verməyin, çünki haram əməl hesab olunar:

1. Qumarbazlara.

2. Şərabxorlara.

3. Ğina alətini çalanlara.

4. O kəs ki, başqalarının anasına söyüş söyər.

5. Təkfirçi vəhhabiyə, əgər Əhli-Beytin (ə) düşmənidirsə.

Allah Təala bizləri vacib və müstəhəbləri yerinə yetirənlərdən, haramlardan və məkruhlardan çəkinənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031