İctimai rabitələrdə qırmızı xətt
Mьəllif: admin1
Tarix: 16-01-2020, 21:43
İctimai rabitələrdə qırmızı xətt
Məlum olduğu kimi, bütün insanlar haqqa xidmət etmir və hətta onlardan bir çoxu fəsad törədir, zülm və haqsızlığa əl atır. Allah-Taala insanı yaratmaq istədiyi vaxt mələklər ərz etdilər:

أَتَجْعَلُ فِيها مَنْ يُفْسِدُ فِيها وَيَسْفِكُ الدِّماء

“Yer üzündə fəsad törədib qan tökəcək kəsmi yaradırsan?” (“Bəqərə” surəsi, ayə 30.)

Mələklərin insanla bağlı öncə görməsini açıqlamaq mövzumuzdan kənardır. Amma aydın məsələdir ki, Allah-Taala bəzi insanların yer üzündə fəsad törədəcəyini öncədən bilirdi.

Bəs fəsad törədən, qan tökən zümrə ilə münasibətlər necə tənzimlənməlidir? Aydın məsələdir ki, insan öz imanı üçün faydalı rabitələri gücləndirməli, imanına zərbə vuracaq rabitələri kəsməlidir. Möminlərə tövsiyə ünvanında belə buyurur:

مُحَمَّدٌ رَسُولُ اللهِ وَالَّذِينَ مَعَهُ أَشِدّاءُ عَلَى الْكُفّارِ رُحَماءُ بَيْنَهُم

“Muhəmməd Allahın rəsuludur. Onunla olanlar kafirlərlə sərt, bir-birləri ilə mehribandırlar.” (“Fəth” surəsi, ayə 29.)

İslamın göstərişi budur ki, fəzilət və kamillik düşmənləri ilə, İslam və doğru yola qarşı çıxanlarla sərt rəftar olunmalıdır. Belələri möminlərdən və müsəlmanlardan xoş üz görməməlidir.

Qurani-Kərim uyğun məsələ ilə bağlı digər bir yerdə möminləri və müsəlmanları Həzrət İbrahimdən (ə) nümunə götürməyə çağırır:

قَدْ كانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْراهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قالُوا لِقَوْمِهِمْ إِنّا بُرَآؤُا مِنْكُمْ وَمِمّا تَعْبُدُونَ مِنْ دُونِ اللهِ كَفَرْنا بِكُمْ وَبَدا بَيْنَنا وَبَيْنَكُمُ الْعَداوَةُ وَالْبَغْضاءُ أَبَداً حَتّى تُؤْمِنُوا بِاللهِ وَحْدَه

“Şübhəsiz, sizin üçün İbrahim və onunla olanlarda yaxşı nümunə var; bir zaman qövmlərinə dedilər: “Biz sizdən və Allahın yerinə pərəstiş etdiyiniz şeydən zara gəlmişik; sizi inkar edirik, yalnız Allaha iman gətirənədək bizimlə sizin aranızda həmişəlik düşmənçilik var.” (“Mumtəhinə” surəsi, ayə 4.)

Ayədə göstəriş verilir ki, müsəlmanlar Həzrət İbrahimdən (ə) nümunə götürsünlər. Bəs hansı işdə? İbrahim (ə) haqqa qarşı inad göstərib təslim olmayanlara aydın şəkildə bildirdi ki, onlardan zara gəlib, onların hesabı ayrıdır və aralarında düşmənçilik mövcuddur.

Bəli, möminlər Allahın dini və haqq yola qarşı çıxanlarla ibrahimsayağı rəftar etməlidir. İslam ictimai rabitələrin möhkəmləndirilməsini əmr edərkən bu zümrəni nəzərdə tutmur.

Hətta maddi mənafelər üçün təhlükə yaransa da, bu zümrə ilə əlaqə saxlanmamalıdır. Çünki onların mənəvi zərəri olduqca böyükdür. İslam maddi faydanı o zaman dəyərləndirir ki, bu fayda mənəvi faydalar üçün müqəddimə olsun.

Əgər maddi fayda mənəvi faydaya ziddirsə, ondan imtina etmək zəruridir. Bu gün əksər insanlar gözəl anlayır ki, dünyanın müstəmləkəçi super güclərinin yoxsul xalqlara göstərdiyi humanitar yardımlar yalnız bu xalqları tora salmaq üçündür.

Dənizə qarmaqda yem salan balıqçı balığa ürək yandırdığından belə etmir. Onun məqsədi balığı tilova keçirməkdir.

Dünya iqtisadiyyatını ata malı kimi öz ixtiyarında saxlayıb istədiyi kimi tənzimləyən, bəşəriyyəti böhranlı vəziyyətə düçar edən zalımlarla hansı rabitədən danışmaq olar?!

Belələri nəinki imansızdır, hətta insani sifətlərini itirmişlər. Onlarda insani mahiyyət və ruh gözə çarpmır. Mərhəmət hissini itirmiş daşürəkli bu zümrə haqqında Quran buyurur: “Kafirlərlə sərt davranın.”

Amma məlumatsızlıq və bilməməzlik ucbatından müxalif mövqe tutanlarla məhəbbətlə davranmaq lazımdır ki, onlar doğru yola gəlsinlər, hidayət olsunlar. Əgər belələri ilə düzgün rəftar olunarsa, onların çoxu hidayət olacaqdır.

İnadkarlıq göstərməyən, imana yaxın olan zümrə ilə nəinki sərt davranmamalı, hətta onlara məhəbbət göstərilməli, yaxşılıq edilməlidir. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.138-141.)


Maide.Az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031