Bu surəni oxuyanın qəlbindən keçməyən, fikrinə belə gəlməyən dünya və axirət xeyri əta olunar
Mьəllif: admin1
Tarix: 15-01-2020, 22:22
Bu surəni oxuyanın qəlbindən keçməyən, fikrinə belə gəlməyən dünya və axirət xeyri əta olunar
Qurani-Kərimin 35-ci surəsində yer alan “Fatir” surəsi 45 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ المَلائِکَةِ دَعَتهُ یَومَ القِیامَةِ ثَلاثَةُ أبواب مِنَ الجَنَّةِ أنِ ادخُل مِن أىِّ الأبوابِ شِئتَ

“Hər kim “Məlaikə” (Fatir) surəsini oxusa, qiyamət günü behiştin üç qapısı onu özünə tərəf dəvət edərək, hansı qapıdan daxil olmaq istəyəcəyini bildirər.” (“Məcməul-bəyan”, “Farir” surəsinin təfsirinin başlanğıcı.)

(Hədisdə göstərilən üç qapıda məqsəd, ola bilsin ki, “tövhid”, “məad” və “İslam Peyğəmbərinin (s) risaləti” adlı qapılardır.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ قَرَاَ الْحَمْدَیْنِ جَمِیعاً، سَبَا وَ فَاطِر، فِی لَیْلَه لَمْ یَزَل لَیْلَتُهُ فِى حِفْظِ اللَّهِ تَعالى وَ کِلَاءَتِهِ فَاِنْ قَرَاَهُمَا فِى نَهَارِهِ لَمْ یُصِبْهُ فِى نَهَارِهِ مَکْرُوهٌ وَ اُعْطِىَ مِنْ خَیْرِ الدُّنْیَا وَ خَیْرِ الآخِرَهِ مَا لَمْ یَخْطُرْ عَلَى قَلْبِهِ وَ لَمْ یَبْلُغْ مُنَاهُ

“Hər kim“Həmd”lə (Əl-həmdu lillah ilə) başlayan “Səbə” və “Fatir” surələrini gecə vaxtı oxuyarsa, həmin gecəni Allah-Taalanın pənahında qorunar və əgər həmin surələri gündüz vaxtı oxuyarsa, xoşagəlməz hadisə ilə üzləşməz, ona qəlbindən keçməyən, fikrinə belə gəlməyən dünya və axirət xeyri əta olunar.” (“Məcməul-bəyan”, Səbə” surəsinin təfsiri, 8-ci cild, səh.375; “Təfsiri-nümunə”, 18-ci cild, səh.162-163.))

Maide.Az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031