İnsanın daxilində oturan və onu danlayan bu nəfs nədir?
Mьəllif: admin1
Tarix: 15-01-2020, 22:19
İnsanın daxilində oturan və onu danlayan bu nəfs nədir?
“Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 2).

İnsan elə xəlq olmuşdur ki, müxtəlif nəfslərə malikdir. Bu nəfslər ibarətdir: əmmarə, ləvvamə və mütməinə nəfslərindən.

Əmmarə nəfs insanı pisliklərə tərəf dəvət edər.

Ləvvamə nəfs – möminin nəfsidir ki, onu günahdan çəkindirir və xatalarına görə məzəmmət edir. Bu nəfs öz faydasını Qiyamət günü göstərəcəkdir.

Ləvvamə nəfs bəzi mənbələrə görə, görə insanın canıdır. Bu nəfs insanı Qiyamət gününə qədər günahlarına görə məzəmmət edər və danlayar.

Bəzilərinin nəzərinə görə isə vicdan – elə ləvvamə nəfsdir. İnsan günah işlədən zaman onu danlayar və bu əməlinə görə onu məzəmmət edər.

Vicdan hər bir insanda imanın səviyyəsinə uyğun olaraq, müxtəlifdir. Bəzilərində şiddətlidir, bəzilərində isə zəif. Bəzən insanlar zəif olduqları üçün vicdanın məzəmmətindən xilas olmağa çalışır və intihar edirlər.

İmam Cavad (ə) buyurur: “O insan ki, nəfsinin ardınca gedər, düşməninə fürsət verər ki, arzusuna çatsın”.

İmam (ə) bu hədisdə buyurur ki, əmmarə nəfsin ardınca getmək olmaz. Çünki belə olarsa, düşmən olan şeytan (lən) sizə qalib gələr və sizi imandan məhrum edər.

Tarixdə çox sayda insanlar olmuşdur ki, əmmarə nəfsinə tabe olmamış və dünyanın bər-bəzəyinə aldanmamışdılar. Onlardır – əsil səadət əhli. Bu insanların bəzisi isə tanış olaq ki, müəyyən ibrətlər götürək:

1. Mirzə Şirazi – Əhli-Beyt (ə) məktəbinin böyük alimlərindən olmuşdur. Öz zamanında zalım hakimiyyət ilə mübarizə aparmışdır.

Ömrünün son günlərində isə çox az sayda insanla görüşə icazə vermişdir. Bir gün Mirzənin evinə çox sadə geyinmiş bir qoca daxil oldu və xadimdən xahiş etdi ki, ona alimlə görüşə icazə versin.

Xadim deyir: “Ey Şeyx! Məgər bilmirsənmi ki, alim çox zəif düşmüşdür və ona görə də heç kəsi qəbul etmir?”.

Şeyx xadimə deyir: “Siz ancaq Mizrəyə deyin ki, filankəs gəlmişdir”.

Bu xəbər Mirzəyə çatanda o, şövqlə deyir: “Ona deyin ki, daxil olsun”.

Mirzənin yanında bir neçə nəfər insan vardı. Qoca içəri girən zaman Mirzə yatağından qalxdı və ona ehtiram göstərdi. İnsanlar bu mənzərədən təəccübləndilər.

Bir qədər söhbət edəndən sonra həmin qoca çıxıb getdi. Mirzədən bu insanın kim olduğunu soruşurlar və alim deyir: “Bu alim – mənim bir yerdə bəhs etdiyim insan idi. Dərslərimizi onunla bəhs edərdik. Bir yerdə çox olmuşuq.

Bir gün bu ağa bir iş üçün səfərə çıxdı və yolda namaz qılıb istirahət etmək üçün bir məkana daxil oldu və gördü ki, burada dini suallara cavab verəcək kimsə yoxdur.

Ona görə də insanlar haramla halalı tanımırlar. O, qərara gəlir ki, bu kənddə qalsın və insanları maarifləndirsin.

Bu əməli ilə nəfsinin başını əzdi və istəklərinə boyun əymədi. Artıq uzun illərdir ki, həmin kənddə qalmaqdadır. Mən Mirzə hazıram ki, öz əməllərimi onun həmin kənddə etdiyi əməllər ilə dəyişdirim”.

2. Mərhum Ayətullah Şeyx Əbdülkərim Hairi – Qum elmi hövzəsinin təsisçisidir. Dünyadan gedən zaman Ayətullah Sədr onun yanına gəlir və deyir: “İmamın (ə) payının bir miqdarı mənim yanımdadır və istəyirəm ki, onu Murtəza və Məhdi ağaya verəsiniz”.

O, cavabında buyurur: “Ağayi Sədr! Atam Yəzddə qəssab idi. Allah Təala məni şeyx etdi. Ağayi Murtəza və Məhdi – Şeyx Kərimin övladlarıdır. Onların Allahı vardır və Allah onlara yardım edir.

Bu mal isə Beytul-mala aiddir. Ona görə də ehtiyacı olanlar arasında bölünməlidir, nəinki mənim iki övladım arasında”.

3. Bir gün Ayətullah Bürucerdi ömrünün son günlərində əllərini bir-birinə vurub deyir ki, mən heç bir iş görə bilməmişəm.

Onun ətrafında olanlar deyirlər: “Siz ki, bu qədər xeyir işlər görmüsünüz? O, cavabında deyir: “Niyə “Qiyamət” sözü “ləvvamə nəfsi” sözünün kənarında zikr olunur? Qiyamət günü – əməllərin aşkar olduğu gündür. Dünyada gizli halda etdiklərim həmin gündə aşkar olacaqdır. Öz əməllərini qarşında açıq halda görəcəksən.

Qiyamət – mükafat günüdür. Ləvvamə nəfs də daxili qiyamətdir. Günah işlədən zaman insan peşman olar və vicdan daima onu danlayar. Qiyamət – ləvvamə nəfsin aşkar olduğu gündür və insana günahı yada salar”.

Beləliklə deyə bilərik ki, ləvvamə nəfs insanı günahdan uzaq saxlayan və xatalarına görə danlayan xeyirli bir nəfsdir ki, insan fitrətinə Allah tərəfindən qoyulmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930