Həzrət Fatimənin (s.ə) əmr-be-mərufda 5 üslubu
Mьəllif: admin1
Tarix: 10-12-2022, 22:03
Həzrət Fatimənin (s.ə) əmr-be-mərufda 5 üslubu
İslam dini – əmr-be-məruf və nəhy-əz-münkərə çox əhəmiyyət verən bir dindir. Həzrət Zəhra (s.ə) da kamil bir insan kimi bu həqiqəti qəbul etdiyi üçün insanları əmr be-məruf və nəhy-əz-münkər edərdi.

Xanım (s.ə) bu haqda buyurardı: “İmanlı kişi və qadınlar bir-birinin dostudurlar və onlar bir-birini əmr-be-məruf və nəhy-əz-münkər edərlər”.

İmam Əli (ə) buyurur: “Bütün yaxşı əməllər, hətta Allah yolunda cihad belə, əmr-be-məruf və nəhy-əz-münkərin qarşısında dənizin bir damcısı kimidir”.

Bəli, əgər əmr-be-məruf və nəhy-əz-münkər olmasa, bütün yaxşı əməllər, o cümlədən Allah yolunda cihad etmək də belə, unudular.

Bəs Xanımın (s.ə) nəzərində əmr-be-məruf və nəhy-əz-münkər necə olmalıdır?

1. Quran ayələrinə istinad etmək. O zaman ki, Fədəki Xanımdan (s.ə) qəsb edirlər, Xanım (s.ə) Peyğəmbər (s) məscidində xütbə deyir və buyurur: “Ey o insanlar ki, batilə tərəf tələsirsiniz! Çirkin və yersiz rəftarları görməməzliyə vurursunuz.

Məgər Qurana baxmırsınız ki, buyurur: “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7)”.

2. Əqli dəlilllər yolu. Bir gün Xanım (s.ə) birilərini Fədəklə bağlı çirkin əməlindən agah edir. O, buyurur ki, sən ölən zaman səndən kim irs aparacaqdır?

Filankəs deyir: “Övladlarım və həyat yoldaşlarım”. Xanım (s.ə) buyurur: “Bəs necə olur ki, mən atamdan irs apara bilmirəm?”. Xanım (s.ə) burada əqli dəlil ilə qarşı tərəfi səhvindən çəkindirmək istəyir.

3. Sükut etmək yolu. O zaman ki, Xanımın (s.ə) haqqını qəsb edirlər, o Həzrət (s.ə) öz narazılığını bildirməyə çalışır.

Buyurur: “Allaha and olsun ki, bundan sonra siz ikiniz ilə bir kəlmə belə kəsməyəcəyəm, o zamana qədər ki, Allahla görüşəcəyəm. Allah yanında siz iki nəfərdən şikayət edəcəyəm, necə Allahla, mənimlə, dinlə rəftar etmisiniz?! Necə də çirkin əmələ düçar olmusunuz”.

4. Xəbərdarlıq yolu. O zaman ki, Xanım (s.ə) ənsar və mühacirlərin İmam Əlidən (ə) üz döndərdiyini görür, onların xanımlarına buyurur:

“Allaha and olsun ki, əgər ayaqlarını bir yerə dirəsəydilər, Əlini (ə), Peyğəmbərin (s) onun öhdəsinə qoyduğu işdə qərar versəydilər, o, onları doğru yola aparardı və hər kəsin haqqını özünə verərdi. Əgər xilafətə çatsaydı, beytul-maldan özü üçün götürməzdi. Dünya sərvətindən ancaq ehtiyacı olan qədərini götürərdi”.

5. İfşa yolu. Əgər bu yuxarıda sayılan əməllər nəticə vermirsə, onda insan qarşı tərəfin pis əməllərini ifşa edərək, onu nəhy-əz-münkər edə bilər. Xanım (s.ə) da yuxarıda sayılan yolların nəticə vermədiyini görən zaman, müsəlman toplumu içində bəzilərinin pis əməllərini ifşa edirdi.

O, sınıq qəlblə buyurur: “Ey insanlar! Vay olsun sizə, nə tez Allah və Peyğəmbərə (s) biz Əhli-Beytlə (ə) bağlı xəyanət etdiniz?

Halbuki, Allahın Peyğəmbəri (s) sizə bizimlə dostluğu və bizim ardımızca getməyi tövsiyə etmişdi”. Bundan sonra Xanım Fədəki işğal edənləri bir-bir ifşa edir və onları İlahi cəza ilə bağlı xəbərdarlıq edir.

Bəli, Xanım (s.ə) bu beş yolla əmr-be-məruf və nəhy-əz-münkər edərdi və bizlər də gərək bu yollardan istifadə edərək, Xanımın (s.ə) mübarək üslubunu davam etdirək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930