Ay tutulmasına görə vacib ayət namazı qılınmalıdır (namazın qılınma vaxtı və qaydası)
Mьəllif: admin1
Tarix: 10-01-2020, 21:05
Ay tutulmasına görə vacib ayət namazı qılınmalıdır (namazın qılınma vaxtı və qaydası)
Xəbər verildiyi kimi, yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması hadisəsi (xusuf) baş verəcək.

Bu təbiət hadisəsi Gürcüstan vaxtı ilə saat 21:08-də başlayacaq.

Tam tutulma 23:11-də sona çatacaq (yəni açılma başlanacaq).

Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 01:12-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

Müqəddəs şəriətimizin göstərişlərinə əsasən, bir sıra təbiət hadisələri zamanı, o cümlədən, Ay tutulması, Günəş tutulması, zəlzələ və bir sıra digər hallarda ayət namazı qılınmalıdır.

Bu gün Ay tutulması hadisəsinə görə, saat 21.08-dən etibarən ayət namazı qılınmalıdır. Tutulmağa başlanandan açılmağa başlananadək ayət namazı əda niyyətilə qılınır. Açılmağa başlayandan sonra isə (23.11-dən sonra) əda və qəza niyyəti etmədən qılmaq lazımdır. Tam açılandan sonra (01.12-dan sonra) isə qəza niyyətilə qılınır.

Yəni, kimsə müəyyən səbəblərdən bu arada qıla bilməsə, saat 01.12-dan sonra qəza niyyətilə qılmalıdır.

Ayət namazı 2 rükətdir, hər rükətdə 5 rüku var.

Ayət namazının bir neçə qılınma üsulu var. Onlardan ən sadəsi – hər rükuda 1 dəfə “Həmd” (“Fatihə”) surəsini oxumaq, sonra hansısa surəni 5 yerə bölməklə qılmaq üsuludur. Bölünən surəni ayələrə bölmək vacib deyil. Bir ayəni bir neçə hissəyə bölmək də olar.

Aşağıda misal olaraq, “İxlas” surəsinin bölünməsi ilə qılınma qaydasını təqdim edirik.

Niyyət müəyyən edilir. Sonra təkbir (“Əllahu əkbər”) deyilir. “Həmd” surəsi oxunur. Sonra deyilir: “Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd”. Sonra rükuya gedilir (1-ci rüku).

Rükudan qalxıb, deyilir: “Əllahus-saməd”. Sonra rükuya gedilir (2-ci rüku).

Rükudan qalxıb, deyilir: “Ləm yəlid”. Sonra rükuya gedilir (3-cü rüku).

Rükudan qalxıb, deyilir: “və ləm yuləd”. Sonra rükuya gedilir (4-cü rüku).

Rükudan qalxıb, deyilir: “Və ləm yəkul-ləhu kufuvən əhəd”. Sonra rükuya gedilir (5-ci rüku).

Sonra səcdəyə gedilir, hər namazdakı kimi, 2 səcdə yerinə yetirilərək, 2-ci rükəti qılmaq üçün ayağa qalxılır.

2-ci rükət də eynilə birinci kimi qılınır. 5 rükudan sonra 2 səcdə yerinə yetirilir, sonra təşəhhüd və salam verilərək, namaz bitirilir.

Gündəlik namazlarda müstəhəb olan şeylər, ayət namazında da müstəhəbdir.

-----------------------------------------------

Sual: Ayət namazı nə vaxt qılınır?
Cavab: Gün və Ay tutulması səbəbi ilə qılınan ayət namazının vaxtı, tutulma başlayandan açılana qədərdir. Ehtiyat budur ki, açılma başlamamışdan öncə namazı qılınsın. Açılma başlayandan sonra qılınan namaz əda və ya qəza niyyət etmədən "qürbətən iləllah" qılınmalıdır. (Ayətullahul-üzma Seyyid Əli Xamenei cənablarının rəsmi saytının şəri hökmlər bölməsinə istinadən)



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930