Elmul-huruf nədir?
Mьəllif: admin1
Tarix: 7-01-2023, 22:44
Elmul-huruf nədir?
Elmul-huruf və ya cəfər elmi – o elmdir ki, Həzrət Peyğəmbər (s) tərəfindən İmam Əliyə (ə) verilmişdir.

İmam Əli (ə) bu elmi iki kitabda Peyğəmbərin (s) şəxsi imlası ilə yazmışdır. Bu kitabda baş verəcək hadisələr və gələcəkdə nələrin olacağı qeyd edilmişdir. Bu kitablar Məsumlara (ə) miras olaraq çatmışdır.

İmam Sadiq (ə) buyurur: “Bizim evdə bir məcmuə vardır ki, ona görə biz Əhli-Beyt (ə) insanlardan heç birinə ehtiyaclı deyilik. Bu, yerin insanlarıdır ki, biz Əhli-Beytə (ə) o məcmuəyə görə ciddi şəkildə ehtiyaclıdırlar.

Bu məcmuə arasında bir kitab vardır ki, Peyğəmbərin (s) imlası və İmam Əlinin (ə) dəst-xətti ilə yazılmışdır. Elə bir kitabdır ki, bütün halal və haramlar orada yazılmışdır”.

Bu hədisdən də göründüyü kimi, cəfər elmi məcmuə halında olan kitablarda qeyd edilmişdir ki, Həzrət Peyğəmbərin (s) imlası və İmam Əlinin dəst-xətti ilə yazılmışdır.

İmamlar (ə) bu kitabdan agahdırlar və bir çox mövzulara bu kitablara əsasən cavab verirlər.

Cəfər elmi iki hissəyə bölünür:

1. Cəfəri-əhmər. Məqsəd Peyğəmbərin (s) silahıdır ki, imamətin nişanələrindəndir. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir. İmam (ə.f) qiyam edən zaman həmin silah aşkar olacaqdır.

2. Cəfəri-əbyəz. Dəri üzərinə yazılmış yazıdır ki, o da imamətin nişanələrindəndir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930