Quran insanın sağlamlığına necə təsir edir?
Mьəllif: admin1
Tarix: 28-12-2019, 14:17
Quran insanın sağlamlığına necə təsir edir?
Qurani-Kərim – elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar.

Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insan mömindir, yoxsa kafirdir. Zalımdır, yoxsa məzlumdur.

Allah Təala buyurur: “Quran – hər bir dərdin şəfasıdır. Zahirin və batinin, cismin və ruhun şəfasıdır”.

Şəfa sözü Quranda 3 dəfə işlənmişdir. “Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 84).

“Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Qur’an etsəydik, mütləq deyərdilər: Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!".

"De: (Bu kitabın nazil olmasında hədəf dil deyil). Bu kitab – iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar”. (“Fussilət”. 44).

“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir”. (“Yunus” 57).

Bu üç ayə Quranın şəfaverici olduğunu bəyan edir və bizi xəbərdarlıq edir ki, əgər şəfa istəyirsənsə, Qurana təvəssül et və ondan şəfa dilə.

İmam Əli (ə) buyurur: “Quran – şəfadır. Bu kitabdan öz xəstəlikləriniz üçün şəfa istəyin. Çətinliklərdə ondan yardım istəyin. Çünki bu kutabda böyük dərdlərin dəvası vardır”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Həqiqətən, Quran möhkəm İlahi kəndir, aydın və şəfaverən nur, faydalıdır”.

İmam Əli (ə) buyurur: “Agah olun! Həqiqətən, Quranda gələcəklərin elmi vardır və onda keçmişdəkilərin elmi vardır. Bu Quran sizin dərdinizin dəvasıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Quranı tilavət edin! Çünki Quran faydalı şəfaverən və mübarək dərmandır”.

Bəli, Allahın bu möhkəm ipindən yapışıb ona təvəssül etsək, bir çox cismi və ruhi xəstəliklərimiz şəfa tapar. Sadəcə bu həqiqətə inanmaq və ona əməl etmək lazımdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930