Ağıllı insanın 10 nişanəsi
Mьəllif: admin1
Tarix: 7-10-2023, 10:41
Ağıllı insanın 10 nişanəsi
Ağıl – bəşər üçün ən böyük sərmayədir. Bu sifət onu başqa varlıqlardan fərqləndirir. İmam Rza (ə) ağlın dəyəri barəsində buyurur: “Hər kəsin dostu – ağıl, düşməni isə onun cəhalətidir”.

Ona görə də hər kimin ağlı vardır, deməli hər şeyi vardır. O kəsin ki, ağlı yoxdur, cəhaləti evində qonaq etmiş olar. Ona insanlıqdan bir şey çatmamışdır.

İmam Rzanın (ə) nəzərinə görə, ağılın on nişanəsi vardır. Hər kimdə bu 10 nişanə olarsa, o, ağıllı insan hesab olunar:

1. Ondan xeyir ümid edilər.

2. Onun pisliyindən amanda olarlar.

3. Başqasının kiçik xeyirini böyük hesab edər.

4. Özünün böyük xeyirini kiçik hesab edər.

5. Ondan nə qədər hacət istəsələr, yenə təngə gəlməz.

6. Bütün ömrü boyu elm öyrənməkdən yorulmaz.

7. Allah yolunda yoxsul olması, onun üçün qüdrətli olmaqdan daha sevimlidir.

8. Onun üçün Allah yolunda xar olmaq, düşmən yanında izzətli olmaqdan daha sevimlidir.

9. Gizli qalmağı məşhur olmaqdan daha çox istəyər.

10. Heç kəsə o gözlə baxmaz ki, desin mən ondan daha təqvalıyam.

Allah Təala bu nəcib keyfiyyətlərdən biz bəndələrə də nəsib etsin, inşəalllah!


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930