Böyük günahların bağışlanması yolu
Mьəllif: admin1
Tarix: 24-12-2019, 10:31
Böyük günahların bağışlanması yolu
Ravəndi nəql edir: “Həzrət İmam Baqir (ə) oğlu İmam Sadiqlə (ə) Məkkəyə gəlirlər ki, həcc əməlini yerinə yetirsinlər. Məscidul-haramda Kəbəyə yaxın yerdə əyləşirlər. Bir nəfər onlara yaxınlaşır və deyir: “Sualım vardır”.

İmam Baqir (ə) buyurur: “Oğlum Cəfərdən soruş!”.

Həmin şəxs deyir: “Böyük günahlara batan insanın hökmü nədir?”.

İmam Sadiq (ə) buyurur: “Ramazan ayında bilərəkdən orucunu yemişdir?”.

Deyir: “Ondan daha böyük günah etmişdir”.

İmam: “Ramazan ayında zina etmişdir?”.

Deyir: “Ondan da böyük günah etmişdir”.

İmam: “Günahsız insanı öldürmüşdür?”.

Deyir: “Ondan da böyüyünü”.

İmam: “Əgər İmamları (ə) və Əmirəl-möminini (ə) sevənlərdəndirsə, gərək Kəbə evinə gəlib tövbə etsin. Sonra and içsin ki, artıq o cür günah işlətməyəcəkdir.

Ancaq əgər müxaliflərdən olarsa, tövbənin qəbul olma yolu onun üçün olmaz.

Deyir: “Allah, siz Həzrət Zəhranın (s.ə) övladlarını öz rəhmətində qərar vermişdir. Mən bu cür cavabı Peyğəmbərdən (s) də eşitmişdim”.

Sonra xüdahafizləşib gedir.

İmam Baqir (ə) İmam Sadiqə (ə) buyurur: “Bu şəxs Həzrət Xızr idi ki, səni insanlara tanıtmaq istəyirdi”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930