‘Bismilləhir-rəhmənir-rəhim’ haqqında yeddi hədis
Mьəllif: admin1
Tarix: 23-12-2019, 20:44
‘Bismilləhir-rəhmənir-rəhim’ haqqında yeddi hədis
1. İmam Əli (ə) buyurmuşdur:

كُلُّ امْرٍ ذى بالٍ لَمْ يُذْكَرْ فيهِ اسْمُ اللَّهِ فَهُوَ ابْتَرُ

“Allahın adı ilə başlanılmayan hər bir mühüm iş sona çatmaz.” (“Biharul-ənvar”, c.73, səh.305 və c.89, səh.242.)

2. İmam Kazim (ə) buyurmuşdur:

ما مِنْ أَحَدٍ دَهَّمَهُ أَمْرٌ يَغُمُّهُ، أَوْ كَرَبَتْهُ كُرْبَةٌ، فَرَفَعَ رَأْسَهُ إِلى السَّماءِ، وَقالَ ثَلاثَ مَرّاتٍ: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ)، إِلَّا فَرَّجَ اللهُ كُرْبَتَهُ، وَأَذْهَبَ غَمَّهُ إِنْ شاءَ اللهُ تَعالى

“Qəm-qüssəyə və çətinliyə düşmüş elə bir şəxs yoxdur ki, üzünü göyə tutub üç dəfə “Bismilləhir-rəhmənir-rəhim” dedikdə, Allah onun çətinliyini və qəm-qüssəsini aradan qaldırmasın; əgər Allah-Taala istəyərsə!” (“Biharul-ənvar”, c.92, səh.159.)

3. Peyğəmbəri-Əkrəm (s) mühüm bir hədisdə buyurmuşdur:

لا يُرَدُّ دُعاءٌ أَوَّلُهُ: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيم)

““Bismilləhir-rəhmənir-rəhim” ilə başlayan dua Allah dərgahında rədd edilməz.” (“Mustədrəkul-vəsail”, c.5, səh.304.)

4. Peyğəmbəri-Əkrəm (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirərək buyurmuşdur:

مَنْ أَرادَ أَنْ يُنَجِيَهُ اللهُ مِنَ الزَّبانِيَةِ التِّسْعَةَ عَشَرَ، فَلْيَقَرْأْ: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ)، فَإِنَّها تِسْعَةَ عَشَرَ حَرْفاً، لِيَجْعَلَ اللهُ كُلَّ حَرْفٍ مِنْها جُنَّةً مِنْ واحِدٍ مِنْهُمْ

“On doqquz dildən ibarət Cəhənnəm odundan qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan “Bismilləhir-rəhmənir-rəhim”i oxumalıdır ki, mehriban Allah onun hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər qərar versin. )“Mustədrəkul-vəsail”, c.4, səh.387.)

5. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إِذَا قَالَ الْمُعَلِّمُ لِلصَّبِيِّ قُلْ ‌بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ- فَقَالَ الصَّبِيُ‌بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ- كَتَبَ اللَّهُ بَرَاءَةً لِلصَّبِيِّ وَ بَرَاءَةً لِأَبَوَيْهِ وَ بَرَاءَةً لِلْمُعَلِّمِ مِنَ النَّارِ

“Əgər bir müəllim bir uşağa “Bismilləhir-rəhmənir-rəhim” öyrədərsə və uşaq da “Bismilləhir-rəhmənir-rəhim” deyərsə, Allah-Taala həmin uşaq, onun ata-anası və müəllimi üçün Cəhənnəmdən qurtuluş vəsiqəsi yazar.” )“Camiul-əxbar”, c.1, səh.42.)

6. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

فَإِنَّ أُمَّتي يَأْتونَ يَوْمَ القِيامَةِ وَهُمْ يَقولون: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ)، فَتَثْقُلُ حَسَناتُهُمْ في الميزانِ، فَيَقولُ الأُمَمُ: ما أَرْجَحَ مَوازينَ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ! فَيَقولُ الأَنْبِياءُ عَلَيْهِمُ السَّلامُ: ابْتِداءُ كَلامِهِمْ ثَلاثَةُ أَسْماءٍ مِنْ أَسْماءِ اللهِ تَعالى، لَوْ وُضِعَتْ في كَفَّةِ ميزانٍ وَوُضِعَتْ سَيِّئاتُ الخَلْقِ في كَفَّةٍ أُخْرَى، لَرَجَحَتْ حَسَناتُهُمْ

“Həqiqətən, Qiyamət günü mənim ümmətimi “Bismilləhir-rəhmənir-rəhim” dediyi halda (hesab üçün) gətirərlər və onların (əməlləri tərəziyə qoyulduqda,) yaxşı əməlləri pis əməllərindən ağır gələr. (Digər) ümmətlər fəryad qopararlar ki, “nə üçün Muhəmməd (s) ümmətinin yaxşılıqları az olduğu halda (pisliklərindən) ağır gəldi?” Onların peyğəmbərləri cavab verərlər ki, bu ümmət sözə Allah-Taalanın üç adı ilə (“Allah”, “Rəhman”, “Rəhim”) başlayardı. Əgər həmin adları tərəzinin bir gözünə, insanların isə bütün pisliklərini tərəzinin digər gözünə qoysalar, (bu üç adın bərəkətindən) onların yaxşılıqları ağır gələr.” )“Tənbihul-xəvatir”, c.1, səh.32.)

7. İmam Rza (ə) buyurmuşdur:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ - أَقْرَبُ إِلَى اسْمِ اللَّهِ الْأَعْظَمِ مِنْ سَوَادِ الْعَيْنِ إِلَى بَيَاضِهَا

““Bismilləhir-rəhmənir-rəhim” “ismi-əzəmə” (Allahın böyük adlarına) gözün qarasının ağına yaxınlığından daha yaxındır.” (“Ət-təhzib”, c.2, səh.289.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930