Kəbənin besətdən əvvəlki təmiri və Həcərül-Əsvəd
Mьəllif: admin1
Tarix: 23-12-2019, 14:50
Kəbənin besətdən əvvəlki təmiri və Həcərül-Əsvəd
İbni İshaq nəql edir: “Qureyş qəbiləsi Kəbəni tikmək üçün daş topladılar və hər qəbilə ayrı-ayrılıqda toplayırdı. Onlar Kəbənin ayaq hissəsini qaldırırdılar ki, Həcərul-Əsvədə çatsın.

Bu zaman aralarında mübahisə oldu və hər qəbilə istədi ki, Həcərul-Əsvədi öz yerində qərar versin, başqalarının deyil. Onlar hərəmdə toplaşdılar və məsləhət etdilər. Hər biri o birisini insafa dəvət edirdi.

Əbu Üməyyə ibni Muğeyrə o zaman Qureyşin ən yaşlısı idi. O, dedi: “Ey Qureyş! Gəlin məscidin bu qapısından daxil olan ilk insanı aramızda hakim edək”.

Qureyş razı oldu. Qapıdan ilk daxil olan insan Həzrət Muhəmməd (s) olur.

Qureyş onu görən kimi dedilər: “Bu, əmin insandır. Biz onu qəbul edirik”.

O zaman ki, olanları Həzrətə (s) danışdılar, o, buyurdu: “Mənə bir parça gətirin”.

Parçanı gətirdilər. Həzrət Muhəmməd (s) Həcərul-Əsvədi götürdü və əli ilə parçanın üzərinə qoydu.

Sonra buyurdu: “Hər qəbilə bu parçanın bir küncündən tutsun və qaldırsın”.

Qureyş də bu işi görür. O zaman ki, qoyulacağı yerə çatırlar, Həzrət (s) mübarək əlləri ilə onu götürür və yerində qərar verir”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031