Cəhənnəm atəşini söndürən zikr
Mьəllif: admin1
Tarix: 19-12-2019, 22:31
Cəhənnəm atəşini söndürən zikr
Quranda ən çox rast gəldiyimiz zikr ki, 114 dəfə təkrar edilmişdir – “Bismilləhir-Rahmənir-Rahim” zikridir.

Həzrət Peyğəmbər (s) buyurur: ““Bismilləhir-Rahmənir-Rahim” – Allahın əzəmətli adına gözün ağının qarasına yaxın olduğu qədər yaxındır”. Allahın əzəmətli adı isə qürb məqamı deməkdir.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O zaman ki, bəndə bu zikrə adət edər, Siratdan keçmək istəyəndə adəti üzrə bu zikri dilinə gətirər.

Elə ki, bu zikri deyər – nur əmələ gələr və ona deyilər: “Atəşdən keç!”. Bu ayənin bərəkətinə görə cəhənnəm atəşi sönər və o, rahatlıqla keçər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müəllim uşağa “Bismilləhir-Rahmənir-Rahim” zikrini öyrədər, uşaq bu zikri öyrənən kimi deyər: “Bismilləhir-Rahmənir-Rahim”, bu, həmin uşaq üçün, ata və anası üçün, müəllimi üçün atəşdən bəraət olar”.

Hədislərimiz buyurur ki, hər kim övladına bu zikri öyrədərsə, behiştlik olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930