Quranı daha yaxşı başa düşmək üçün nə edək?
Mьəllif: admin1
Tarix: 17-12-2019, 15:19
Quranı daha yaxşı başa düşmək üçün nə edək?
Quran – elə bir dənizdir ki, dərinliyini heç kəs təyin edə bilməmişdir. Bu dənizdə üzmək istəyənlər isə gərək tövsiyə olunan yollardan istifadə edərək, bu dənizə daxil olsunlar.

Quranı daha yaxşı başa düşmək üçün nə edək?

1. Təfəkkürə malik olaq. Qurani-Kərim – Allahın təcəllisidir. Xitab etdikləri isə insanlar və cinlərdir. Hər kim Quranı dərk etmək istəyirsə, gərək onun ayələri barəsində təfəkkür etməyi bacarsın.

Rəhmətlik İmam (r) bu haqda yazır: “Bu nurani səhifələrdən istifadə etməyə mane olan amillərdən biri də budur ki, ayələr haqqında təfəkkür etmirlər”.

2. İmana malik olmaq. Baxmayaraq ki, Quranın geniş süfrəsi hər kəs üçün açıqdır, ancaq ondan o kəslər daha çox istifadə edə bilirlər ki, həqiqi imana malikdirlər.

“Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 82).

3. Təqvaya malik olmaq. Quran elə bir İlahi Kitabdır ki, hamını hidayət etmək üçün nazil olmuşdur. O kəslər ki, onun hidayətindən daha çox bəhrələnərlər – İlahi təqvaya malik olan bəndələrdir.

4. Batini təharət. Quranı dərk etmək üçün batini təharət lazımdır. “Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 77-79).

Beləliklə deyə bilərik ki, Quranı dərk etmək üçün xüsusi şəraitlər lazımlıdır ki, bu zaman təfəkkürə, imana, batini təharətə ehtiyac vardır.
(Deyerler.org)





Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031