Səadətin "Bismillah"dan keçən yolu
Mьəllif: admin1
Tarix: 16-12-2019, 11:24
Səadətin "Bismillah"dan keçən yolu
Qurani-Kərim bəşər övladının səadətə qovuşmasında aparıcı rola malikdir. Qurandan üz çevirən - öz səadətindən üz çevirir. Hər işdən öncə Allahı yada salmaq - insan qəlbinə inam və aramlıq gətirir.

“Bismilləhir-Rahmənir-Rahim” isə Allahın yada salınmasında ən önəmli zikrlərdəndir.

Din öncüllərindən “Bismilləhir-Rahmənir-Rahim”in fəziləti haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Aşağıda onlardan bəzilərini nəzərdən keçirəcəyik:

1. Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismilləhir-Rahmənir-Rahim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar”.

2. Həzrət Peyğəmbər (s) buyurur: “Bismilləhir-Rahmənir-Rahim”lə başlanılan dua rədd edilməz”.

3. İmam Sadiq (ə) buyurur: “Olsun ki, bizim bəzi ardıcıllarımız işlərin başlanğıcında “Bismilləhir-Rahmənir-Rahim” deməyi unutsunlar.

Nəticədə Allah Təala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar”.

4. İmam Sadiq (ə) buyurur: “Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə “Bismilləhir-Rahmənir-Rahim” desin. Allah Təala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər”.

5. Həzrət Əli (ə) buyurur: “Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq “Bismilləhir-Rahmənir-Rahim” söyləsin ki, iblis oradan uzaqlaşsın.

Evə daxil olduğunuz zaman da öncə “Bismilləhir-Rahmənir-Rahim” söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar".

Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da, onların bəziləri həyati əhəmiyyət kəsb edir.

İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır:

1. Ölüm hadisəsi, canın çıxması;

2. Nəkir və Münkirin sorğu-sualı;

3. Qiyamətdə yenidən oyanış;

4. Sirat körpüsündən keçmək.

Məhz bu müstəsna təhlükəli məqamlarda “Bismilləhir-Rahmənir-Rahim” insanın köməyinə gəlir.

Mömin şəxs can verən zaman “Bismilləhir-Rahmənir-Rahim” desə, ölüm hadisəsi onun üçün asanlaşar.

İnsan qəbir zülmətində “Bismilləhir-Rahmənir-Rahim” desə, torpaq onun üçün gülzara çevrilər.

Qiyamətdə yenidən oyanış zamanı kim “Bismilləhir-Rahmənir-Rahim” desə, çöhrəsi ay kimi nurlu və gözəl olar.

Sirat körpüsünə ayaq qoyan zaman kim “Bismilləhir-Rahmənir-Rahim” desə, cəhənnəm alovu ondan uzaqlaşar.

“Bismilləhir-Rahmənir-Rahim” demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir.

“Bismilləhir-Rahmənir-Rahim” deməyin mühüm məqamları:

1. Sözə başlayan zaman;

2. Quran oxumağa başlarkən;

3. Yatmazdan öncə;

4. Yemək və içmək zamanı;

5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən;

6. Evə daxil olarkən;

7. Evdən çıxarkən;

8. Ürəyə vəsvəsə daxil olan zaman;

9. Məktub və yaddaş yazan zaman;

10. Bazara daxil olub, alış-verişə başlayarkən;

11. Qəmlə üzləşərkən;

12. Qəzəblənən zaman;

13. Tənhalıq zamanı;

14. Dəstəmaz alarkən;

15. Heyvanları kəsərkən;

16. Ağrı və xəstəlik hissləri yarandıqda;

17. Nəqliyyat vasitəsinə minərkən;

18. Mühakimə edərkən;

19. Zərərverici heyvan tərəfindən incidildikdə.


Mənbə: “Quran və həyat”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930