İmam Əli (ə): İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq
Mьəllif: admin1
Tarix: 16-12-2019, 10:35
İmam Əli (ə): İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq
“Bilin ki, dünya həyatı əslində oyun, baş qatmaq, bəzək-düzək və bir-birinizə özünüzü göstərməkdir.”[1]

“Həqiqətən, Allah lovğalanıb fəxr edən heç bir təkəbbürlünü sevmir.“[2]

Həzrət Məhəmməd (s) buyurub: “Allah-taala təvazökar olmağınızı mənə vəhy buyurmuşdur. Kimsə kimsəyə öyünməsin, kimsə başqasının haqqına təcavüz edib zorakılıq göstərməsin.”[3]

İmam Əli (ə) buyurub:

“İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.”[4]

“Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin fikrini çək.”[5]

“Kim özünü göstərmək naminə iş görərsə, Allah-taala onu qiyamət günündə qaralığı ilə məşhur edər.” [6]

“Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri budur ki, özünü öymək və lovğalıq aşiqi kimi tanınsınlar və rəftarları təkəbbürlülük sayılsın.” [7]


[1] Hədid, ayə 20

[2] Loğman, ayə18

[3] ət-Tərğib-vət-Tərhib, c.3, səh.558, hədis 1

[4] əl-Xisal, səh.69, hədis 102

[5] Nəhcül-Bəlağə, hikmət398.

[6] Biharul-Ənvar, c.73, səh.292, hədis 20

[7] Nəhcül-Bəlağə, xütbə 216.


(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930