Ruhumuzun vitamini necə olur?
Mьəllif: admin1
Tarix: 15-12-2019, 15:42
Ruhumuzun vitamini necə olur?
Bədənimiz vitaminlərin sayəsində öz fəaliyyətini davam etdirir. Adətən insan bu vitaminləri təbiətdən alır qida vasitəsulə qəbul edir.

Əgər bədəndə vitamin çatışmazlıqları olarsa, bədəndə naqisliklər meydana gələr.

Misal üçün, insan görmə qabiliyyətinin zəiflədiyini hiss edər və tez-tez xəstələnər və sağalmağı uzun zaman çəkər.

Bu vitaminləri də ölçüsündə qəbul etmək lazımdır. Az və çox olması bədəndə müxtəlif narahatlıqların əmələ gəlməsinə səbəb olar. İnsan yorğun və süst ola bilər.

Bədənimizin vitaminləri olduğu kimi ruhumuzun da vitaminləri vardır. Bu vitamin sayəsində insan ümidə, gümrahlığa malik olar və hədəfli bir insan olar.

Bəs bu vitamin nədir?

İmam Əli (ə) buyurur: “Allahı yada salmağın səmərəsi – qəlblərin nurani olmasıdır”.

Allahı yada salmaq səbəb olar ki, insan işlərində müvəffəq və qəlbi nurani olsun. Hər kim Allahı daha çox zikr edərsə, fikri daha aydın olar. Hər kim Allahı yada salar – bəsirətə və doğru baxışa malik olar.

Allahı yada salmağı davamlı etmək – qəlbi həmişə canlı saxlayar.

Bu vitamin bədən vitaminləri kimi deyildir. Hər nə qədər çox olarsa, ziyanı olmaz. Əksinə, ruha daha çox təsir qoyar və onu nurani edər.

“O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

“Məni yada salmaqda süstlük göstərməyin”. (“Taha” 42).

“Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”. (“Hədid” 16).

Allah Təala bizləri, ruhunu həqiqi vitaminlə təmin edənlərdən qərar versin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930