Ğinadan qorunanın mükafatı nə olacaq?
Mьəllif: admin1
Tarix: 14-12-2019, 14:57
Ğinadan qorunanın mükafatı nə olacaq?
Şeytan (lən) Allahın əmri qarşısında dayana bilmədiyi üçün, din əhlini yoldan çıxartmağı özü üçün caiz hesab etdi və buna görə and içdi. Qiyamətə qədər də bu andına əməl edəcəkdir.

Ona görə də şeytanın insanı yolundan azdırması üçün çox sayda silahları vardır. Bunlardan biri də ğinadır.

Əbdul Əla adlı bir şəxs İmam Sadiqə (ə) deyir ki, bəziləri belə düşünür ki, Peyğəmbər (s) təranələri caiz hesab etmişdir. İmam (ə) buyurur: “Onlar yalan deyirlər”.

Ğinanı təlim verməyin hökmü necədir? İmam Sadiq (ə) buyurur: “Təranələrin alış və satışı haramdır və təranə eşitmək – nifaqdır və onu təlim vermək – küfrdür”.

Təranə oxuyanların qazandıqları pul – haram pul sayılır. İmam Sadiq (ə) buyurur: “Təranə oxuyan lənət olunar. Hər kim onun qazandığından yeyər, İlahi rəhmətdən uzaqlaşdırılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimdə torpağa batmaq və daş-qalaq olmaq zahir olacaqdır”.

Soruşurlar ki, nə zaman olacaqdır?

Həzrət (s) buyurur: "O zaman ki, musiqi alətləri və qadın xanındələr aşkar olacaq və şərab içilən olacaqdır”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə axıril-zamana işarə edərək buyurur: “Elə bir zaman gələcəkdir ki, Quran ğina üslübunda oxunacaqdır”.

İmam Rzanın (ə) xadimi olan Yasir nəql edir ki, Həzrət (s) buyurmuşdur: “Hər kim təranəyə qulaq asmaqdan çəkinər, behiştdə bir ağac vardır ki, Allah Təala küləyə əmr edər ki, onu hərəkətə gətirsin.

Həmin şəxs o ağacdan səs eşidəcəkdir ki, indiyə qədər eşitməmişdir. Əlbəttə, hər kim dünyada özünü haram təranələrdən qorumazsa, behiştdə o səsi eşitməyəcəkdir”.

Allah Təala bizləri iblisin (lən) oxlarından Özü qorusun!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930