İsveçdə kilsədə azan sədaları ucalıb
Mьəllif: admin1
Tarix: 14-12-2019, 10:55
İsveçdə kilsədə azan sədaları ucalıb
İsveçin şimalında yerləşən kafedral kilsədə müxtəlif mədəniyyətlərin və dinlərin qeyd olunması mərasimində azan səsləndirilib. Məlumata görə, İsveçin şimalındakı Payal şəhərindəki Korpilombolo kilsəsində “Avropa Axşam Festivalı” adlı tədbir keçirilib.

"Deyerler.org"un iqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, tədbirin "İnsanlıq üçün dua" adlanan hissəsində azan səsləndirilib.

Bu addım, 2005-ci ildə, Həzrəti Muhəmməd (s) peyğəmbərinə qarşı, Danimarkada nəşr olunan və İslam dünyasının qəzəbinə səbəb olan təhqiramiz cizgi filmlərinə cavab olaraq edilib.

"Bu bir mədəni hadisədir, bunun məqsədi dinindən asılı olmayaraq sülhə can atmaqdır. Bəziləri üçün bu mübahisəli görünə bilər, amma biz bunu təqdir etdik və kilsədə tətbiq oluna biləcəyi qənaətinə gəldik", - deyə kilsənin pastoru Ake Nordlund bildirib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031