İmam Zaman ağanın (ə.f) Şeyx Müfidə yazdığı məktub
Mьəllif: admin1
Tarix: 14-12-2019, 10:40
İmam Zaman ağanın (ə.f) Şeyx Müfidə yazdığı məktub
İmam Zaman ağanın (ə.f) Şeyx Müfidə yazdığı məktubun mətni ilə tanış olaq:

“Allahın salamı sənə olsun, ey o kəs ki, bizim dostluğumuzda ixlas zivəri ilə bəzənmiş, bizə iman və etiqadda xüsusi üstünlüyə maliksən. Biz sənin varlıq nemətini Allaha tapşırırıq.

O cəhətdən ki, haqq yolunda yardım etməkdə və bizim sözlərimizi deməkdə sadiqcəsinə səy göstərmisiniz, Allah bu iftixarı sizə vermişdir. Bizə də icazə vermişdir ki, sizinlə yazışaq.
Sizin vəzifənizdir ki, bizim əmr və göstərişlərimizi bizim dostlarımıza çatdırasınız. Allah itaətinin izzət və tövfiqini onlara mərhəmət etmişdir.

Allah Təalanın yardımı ilə Allah dinindən üz çevirmiş bizim düşmənlərimiz qarşısında təzəkkür vasitəsilə müqavimət göstər və Allahın istəyi ilə bizim göstərişlərimizi səndən qəbul edənlərə elan et.

Çünki biz Böyük Allahın əmri ilə o zamana qədər ki, dünya hakimiyyəti zalımın əlində olar – uzaq və gizli nöqtədə olarıq. Ancaq biz bütün hadisə və sizin başınıza gələn macəralardan kamil şəkildə xəbərdar olarıq. Sizin xəbərlərdən heç biri bizdən gizli deyildir.

Allahın saleh bəndələrinin uzaq durduqları günahlardan və xatalardan.

Ancaq sizin əksər hissənizin düçar olduğunuzdan da xəbərimiz vardır. Əhdi pozmaqdan, əhdə vəfa etməməkdən xəbərdarıq. Sanki onların öz büdrəmələrindən xəbərləri yoxdur.

Bütün bu günahlara baxmayaraq, biz sizin işinizi kənara qoymamışıq. Sizi unutmamışıq. Əgər bizim inayətimiz olmasaydı, həyat müsibətləri sizi əhatə edərdi və düşmənlər sizi məhv edərdilər.

Ona görə də Allahdan qorxun və təqvaya riayət edin. Biz risalət nəslinə yardım edin. Qarşıdan gələn fitnələr qarşısında müqavimət göstərin. Əlbəttə, bunların hamısı bizim hərəkət və qiyamın nişanələrindəndir.

Təqiyyəni əldən verməyin. Cahiliyyətin Bəni-Üməyyə rəhbərliyi ilə alovlandırdığı atəşdən çəkinin. Mən ki, Allahın vəlisiyəm – haqq yolunun yolçularına səadəti zəmanət edərəm.

Bu il cəmadiül-əvvəl ayında hadisə baş verəcəkdir ki, gərək ondan ibrət götürəsiniz. Səmada əlamət zahir olacaqdır ki, tamamilə aydın olacaqdır. Həmçinin yerdə də nişanə olacaqdır.

Bizim qiyamımız, Allahın izni ilə, anidən olacaqdır. O zaman tövbə etmək fayda verməyəcəkdir. Bizim göstərişlərimizə əməl etmək səbəb olacaqdır ki, tövbə etmədən dünyadan gedəsiniz.

Allah Öz qeyb ilhamları ilə sizi hidayət etsin!”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930