Həzrət Məhəmməd (s): “Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir…”
Mьəllif: admin1
Tarix: 12-12-2019, 11:06
Həzrət Məhəmməd (s): “Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir…”
Həzrət Məhəmməd (s) buyurmuşdur:

“Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki o qapının nə vaxt üzünə qapanacağını bilmir.“[1]

“Fürsəti əldən vermək kədər gətirər.”[2]

Əmirəl-möminin imam Əli (ə) buyurub:

“Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil.”[3]

“Fürsət tez keçən və gec tapılandır”[4]

“Fürsət qənimətdir.”[5]

“Fürsəti əldən vermək kədərin mayasıdır.”[6]

“İşlər öz zamanlarının girovlarıdır.”[7]

“Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik və ahəstəlik nadanlığın nişanəsidir.”[8]

İmam Sadiq (ə) buyurub: “Hər kimin əlinə fürsət düşsə və o, tam fürsəti (yaxşı şəraitə tamamilə nail olmağı) gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti də ondan alar. Çünki ruzigarın işi aparmaq və zamanın üslubu əldən çıxarmaqdır.”[9]


[1] Kənzul-Ummal, hədis 43134

[2] Biharul-Ənvar, c.77 , səh.165, hədis 2

[3] Nəhcül-Bəlağə, hikmət 21.

[4] Ğurərul-Hikəm, hədis 2019

[5] Ğurərul-Hikəm, hədis 194

[6] Nəhcül-Bəlağə, hikmət118

[7] Biharul-Ənvar, c. 77 , səh.165, hədis 2

[8] Nəhcül-bəlağə, hikmət 363

[9] Biharul-Ənvar, c. 78, səh.268, hədis181


(ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930