İslam düşmənlərinin ən effektiv silahı
Mьəllif: admin1
Tarix: 11-12-2019, 10:36
İslam düşmənlərinin ən effektiv silahı
İslam düşmənlərinin əsil silahı müsəlmanlar arasında münaqişə yaratmaq və onların zəif nöqtələrindən istifadə edib, bir-biri ilə düşmən etməkdir.

Bəzən bunu bacarırlar, bəzən isə vəhdəti görüb, bu planlarından əl çəkirlər.

Düşmənə qalib gəlməyin tək yolu – İslam ümmətinin vəhdətdə olmasıdır. Əgər müsəlmanlar vahid olarsa, heç bir düşmən ona ziyan vura bilməz.

İslami vəhdəti gücləndirən amillər ilə tanış olaq:

1. Əhli-Beyt (ə) məktəbi ilə əhli-təsənnün məktəbinin alimləri arasında müzakirələr təşkil etmək. Bu müzakirələrdə fiqhi və siyasi mövzular müzakirə olsun.

2. Müştərək bir hövzə təsis etmək ki, Quran və İtrətlə (ə) bağlı təhrifləri aradan qaldıra bilsinlər.

3. Əhli-Beytin (ə) tanıdılması.

4. Cavanlar arasında Quran və hədis elmini yaymaq.

5. Məscidlərin fəaliyyətini namaz, ziyarət, təvəssül, dua və ibadətlə artırmaq.

6. Azad düşüncəni müdafiə etmək və dini təhqir edənlərlə mübarizə aparmaq.

7. Möminlər çalışmalıdırlar ki, danışıq və rəftarlarında düzgün olsunlar və yersiz ittihamdan çəkinsinlər.

8. Vəhdət ruhiyyəsini çoxaltmaq.

9. Elmi hövzələrin rabitələrini gücləndirmək.

10. Əsil düşmənə diqqət etmək və həqiqi kafirləri tanımaq.

11. Cəmiyyəti xurafatdan təmizləmək.

12. Peyğəmbərin (s) və Məsum İmamların (ə) vəhdət yolunda etdikləri səylərə diqqət etmək və onları davam etdirmək.

Əgər İslam ümməti vahid olarsa, hər bir böyük hədəfə çatmaq asan olar. Müsəlmanlar əsil düşmənlərini tanıyar və dini təhrif edənlərlə mübarizə apararlar.

Ali dini Rəhbərin nəzərinə görə, Quranın müsəlmanlara etdiyi xitablardan biri – məhz vəhdətdir. Yəni, İlahi kəndirdən yapışmaq və düşmən qarşısında dağılmamaqdır.

Allah Təala bizləri vəhdəti gücləndirənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031