Məsum İmamın (ə) mübarək vəzifələri barədə – Həzrət Əlidən (ə)
Mьəllif: admin1
Tarix: 10-12-2019, 13:10
Məsum İmamın (ə) mübarək vəzifələri barədə – Həzrət Əlidən (ə)
İmam Əli (ə) buyurur: “Ey Allah bəndələri! Nadanlıqlarınıza söykənməyin. Nəfsinizə təslim olmayın ki, bu cür insan uçurumun ağzında qərar tutar.

Həlakət və fəsadın ağır yükünü çiyninə alar. Bir tərəfdən başqa tərəfə aparar. O yerə qədər ki, yapışmayanları yapışdırar, o şey ki, uzaqdır, yaxın cilvə edər.

Allaha görə məbada kiminsə yanında şikayət edəsiniz ki, onu aradan qaldırmağa gücü olmasın. Sizin işinizin düyününü açmaq qüdrətinə malik deyildir.

İmama (ə) o şey vacib olar ki, Allah əmr etmişdir. O da nəsihət və öyüd verəndə səhlənkarlıq etməmək, xeyirxahlıqla səy göstərmək, Peyğəmbərin (s) sünnətini diri saxlamaq, günahkarlara Allahın hədlərini göstərmək, insan təbəqələrinə beytul-maldakı paylarını çatdırmaqdır”.

Beləliklə deyə bilərik ki, uçurumun ağzında o kəs olar ki, cahil və nadandır. Nəfsinin quludur və nəfsi ona nə əmr edirsə onu da yerinə yetirir.

Belə insan hər an uçurumdan düşüb həlak ola bilər. İnsana bu uçurumdan ancaq Uca Allahın əmri ilə Məsumlar (ə) nicat verə bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930