İmamlar (ə), Əhli-Beyt (ə) davamçılarını bu xüsusiyyətlərlə tanıdırlar
Mьəllif: admin1
Tarix: 9-12-2019, 21:18
İmamlar (ə), Əhli-Beyt (ə) davamçılarını bu xüsusiyyətlərlə tanıdırlar
İmam Baqir (ə) buyurur: “Ey Müyəssər! Davamçılarımı sənə tanıdımmı?”.

Müyəssər deyir: “Bəli”.

İmam (ə) buyurur: “Onlar möhkəm qala və əmanətdar, ağıl sahibləri və mətindirlər.

Şayiə yaymazlar, sirləri ifşa etməzlər. Quru, kobud və riyakar insanlar deyildirlər. Gecələri oyaq qalan və gündüzün şirləridir”.

Burada möminin sahib olmalı 9 xüsusiyyəti görürük:

- Əmanətdarlıq;

- Ağıl sahibi olmaq;

- Mətinlik;

- Sirr saxlamaq;

- Şayiə yaymamaq;

- Quru və kobud olmamaq;

- Riyakarlıq etməmək;

- İbadət əhli olmaq;

- Fəal mövqeyə malik olmaq.

Adətən Əhli-Beyt (ə) məktəbinin ardıcılları beş hissəyə bölünmüşdür ki, onlarla tanış olaq:

1. Coğrafi Əhli-Beyt (ə) davamçıları. O insanlar ki, Əhli-Beyt (ə) məktəbinin hakim olduğu ölkədə dünyaya gəliblər və həmin ölkənin vətəndaşlarıdır.

2. İrsi Əhli-Beyt (ə) davamçıları. O kəslərdir ki, valideynləri Əhli-Beyt (ə) davamçılarıdır. Onların tərbiyəsini görüblər.

3. Sözdə Əhli-Beyt (ə) davamçısı olanlar. O kəslərdir ki, ancaq dildə Əhli-Beyt (ə) davamçısıdırlar, ancaq əmələ gələndə fərqli yanaşma sərgiləyirlər.

4. Səthi Əhli-Beyt (ə) davamçıları. O kəslərdir ki, zahirdə Əhli-beyt (ə) davamçılarıdır, amma əməlləri çox səthidir. Onları həqiqi Əhli-Beyt (ə) davamçısı adlandırmaq olmur.

Bunların sayı xüsusən çoxdur. Onlar əzadarlıq da edirlər, dua və ibadətlərdə iştirakçıdırlar, amma bu məktəbin dərinliyinə hələ varmayıblar.

5. Həqiqi Əhli-Beyt (ə) davamçıları. O kəslərdir ki, Əhli-Beyt (ə) məktəbini yaxşı tanıyırlar, bu məktəbi yaşadırlar və hədislərin buyurduğuna uyğun yaşayırlar.

Həqiqi Əhli-Beyt (ə) davamçıları aşağıdakı 5 sifətə malikdirlər:

a) Onlar möhkəm qaladırlar. Bu insanların imanı o qədər möhkəmdir ki, heç bir külək onlara təsir etməz. Möhkəm qala kimi toxunulmazdırlar.

b) Əmanətdardırlar. Hər kim Əhli-Beyt (ə) davamçısıdır, onun ən bariz sifətləri – təqva, əmanətdarlıq və əhdə vəfa etmək olmalıdır. Bu insanlar heç bir zaman əmanətə xəyanət etməz və verdikləri sözün arxasında dayanarlar.

c) Sevgi ilə doludurlar. Onlar kobud insanlar deyildirlər. Əksinə – gözəl əxlaqa malik olub, ətrafında olanlara ancaq mehribanlıq göstərərlər.

d). Gecə oyaq qalandırlar. Onlar riyakar deyildirlər. Din və dünya işlərini yaxşı tənzim etməyi bacarırlar. Əgər kimsə onların gecə ibadətlərini görsə, onları zahid adlandırar.

e) Şücaətlidirlər. Gündüz olan onlar zaman şir kimi igiddirlər. Dosta arxadırlar, düşmənə göz dağıdırlar.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930